Türkiyə ordusu Azərbaycanda qalsın?-Hərbi EKSPERT

Türkiyə ordusu Azərbaycanda qalsın?-Hərbi EKSPERTAzərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Artıq dörd gündür davam edən təlimlər Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi ilə izlənilir. Buna baxmayaraq, koronavirus pandemiyası və ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi türkiyəli hərbçilərin daha böyük təntənə ilə qarşılanmasına mane olub. Sosial şəbəkələrdə ordumuza dəstəyini ifadə edən istifadəçilər qardaş ölkənin hərbçilərinin bir hissəsinin Azərbaycanda qalmasını da təklif edirlər.

Bu barədə Sonxeber.az-a hərbi ekspert Ramil Məmmədli açıqlama verib.

Hərbi ekspert, "Azərbaycanın kifayət qədər inkişaf etmiş güclü ordusu vardır və öz təhlükəsizliyini qorumaq üçün digər dövlətlərin ordusuna ehtiyacı omadığını bildirib".

"Azərbaycan Silahlı qüvvələri 30 ilin ordusu olmasına baxmayaraq, döyüşlərdə böyük təcrübbəsi var və bir çox orduların 100 ildə keçdiyi yolu qısa müddətdə keçib. Bu gün ordumuz çox güclü olmasına baxmayaraq, bəzi insanlar düşünür ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ərazisində dislakasiya olması, yerləşdirilməsi ölkənin təhlükəsizliyi və digər ölkələrin ola biləcək hücumların qarşısını alacaq. Ancaq bilmək lazımdır ki, Azərbaycanın kifayət qədər inkişaf etmiş güclü ordusu vardır və öz təhlükəsizliyini qorumaq üçün digər dövlətlərin ordusuna ehtiyacı yoxdur".

Ramil Məmmədli, "Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ərazisində mövcud olması dövlətimizin təhülkəsizliyinə nə qədər xeyir verərsə, bir o qədərdə dünyada siyasi imicinə zərər vura bilər"- deyə qeyd edib.

"Həmçinin hərbi-siaysi baxımında ölkəmizin dünyada və regionda manevr imkanlarını məhdudlaşdıra bilər. Qardaş Türkiyə Azərbaycana sadəcə beynəlxalq arenada siyasi baxımdan dəstək verməsi kifayət edəcəkdir. Azərbaycan Türkiyə ordusunun öz ərazisində yerləşdirilməsi ilə bağlı qərar verməz ,çünkü Azərbaycan "Qoşulmama Hərəkatı"-nın üzvüdür. Bununlada Azərbaycan heç bir bloka qoşulmamaqla bağlı qərar qəbul edib".

Türkay Həsənli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1698   Tarix: 04 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021