"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
""Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqlarını müdafiə edən, vətəndaşların dövləti idarəetmə prosesində, siyasi qərarların müzakirəsində, yeniliklərin edilməsində, insanların hüquqi cəhətdən maarifləndirilməsində inkişafa təsir göstərməli olan cəmiyyətdir".
Bu sözləri Sonxeber.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev deyib. O bildirib ki, Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur:
"Burada əsasən fərdlərin və qurumların öz maraqları deyil, hər hansı bir ideya uğrunda apardıqları düşüncə əsasdır. Vətəndaş cəmiyyətinin əsas istəyi odur ki, bazar münasibətləri, iqtisadi azadlıq, qanun və ədalət qarşısında hamının bərabərliyi, hakimiyyətin bölünməsi, siyasi və ideoloji plüralizm, KİV-in müstəqilliyi, mətbuat azadlığı, milli barış, insanların layiqli həyat tərzini təmin edən sosial siyasətdir. Yəni vətəndaş cəmiyyətinin istəyi və düşüncəsi hüquqi dövlət quruculuğuna addımlamaq və vətəndaşların cəmiyyətin idarə edilməsində rolunu artırmaqdan ibarətdir. Əslində vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur. Vətəndaş cəmiyyətinin niyyəti və düşüncəsi cəmiyyəti inkişafa aparmaqdır.
Vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, dövlətin nəzarəti altında deyil. Eyni zamanda, bu cəmiyyət müxtəlif qruplardan ibarət olur. Azərbaycan üçün "vətəndaş cəmiyyəti" anlayışı yeni olsa da, əvvəl olmayıb deyə bilmərik. Mirzə Fətəli Axundzadədən başlayan cərəyanın özü vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyətinin inkişafı üçün qanun bazası, güclü parlament lazımdır. Bunlar üçün isə yenə vətəndaş cəmiyyəti lazımdır.
Eyni zamanda, ədalətli məhkəmə prosesi olarsa, cəmiyyət daha sürətli inkişaf edər. İnsanların məhkəməyə, dövlət qurumlarının ədalətinə, obyektivliyinə, qərəzsizliyinə inamı formalaşdırılmalı, məhdudlaşdırılan hüquqların əksi dövlətdən geri alına bilməlidir.
Hüququn cəmiyyətdə ali mövqedə olması, xüsusilə də fərdi və institusional davranışa təsir etməsi, hökumət də daxil olmaqla, cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olması hüququn aliliyidir.
Şəxslərin qanundan üstün mövqedə olması, qanunun normalarının inkar edilməsi, qanuna "dırnaq arası" baxılması, qanunlara laqeyd münasibət göstərilməsi hallarında dövlətin hüququ idarə etməsi, hüquq düşüncəsi effektiv olmadıqda hüququn aliliyi daha çox pozulur.
Hüququn aliliyi konsepsiyasına görə, hüquq normalarını yaradanlar, hüquq-mühafizə orqanları və hakimlər də daxil olmaqla, hər kəs qanunun tələblərinə tabe olmalıdır. Məhkəmə hakimiyyətinə inam vətəndaş üçün hər şeydən vacibdir. Yəni hüququ pozulan insanın "onsuz da məhkəmədə hüquqlarımı bərpa edəcəyəm" düşüncəsi ilə yaşaması dövlətin və hakimiyyətin möhkəmlənməyinə xidmət edə bilər.
Siseronun dediyi kimi, "Biz hamımız azad olmaq üçün qanunların köləsiyik".
İngilis filosof Hobbs ömrünü vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasına həsr edib. Hobbsun nəzəriyyəsinə görə, dövlət təbii vəziyyətdən yaranan ictimai müqavilə əsasında meydana gəlib. İctimai müqavilə əsasında insanlar öz azadlıqlarını məhdudlaşdıraraq, sülhün, rifahın, ədalətin, insan hüquqlarının qorunması və rifaha, inkişafa nail olmaq üçün məhdudlaşdırdıqları hüquqlarını dövlətin ixtiyarına buraxırlar. Öz hüquqlarından keçən insan dövlətin onun hüquqlarının pozulmasının qarşısını alacağını, eyni zamanda təkbaşına qaldıra bilməyəcəyi sosial rifahının təmin olunacağını düşünür.
Hobbs dövlət təşkilatını canlı orqanizmin quruluşuna bənzədirdi: suverenlik - dövlətin qəlbi, sülh - dövlətin sağlamlığı, üsyanlar və vətəndaş müharibələri isə dövlətin dağılmasına və məhvinə səbəb olan xəstəliklərlə eyniləşdirilirdi.
Baxmayaraq ki, bu filosof respubklika deyil, sırf monarxiya tərəfdarı olub, Hobbsa görə, hətta monarx da dövlətin varlığını, suverenliyi və rifahını təmin edə bilər. Ona görə də Hobbsun siyasi idealı dövlətdə suverenliyi və daxili iradə birliyini təmin edən monarxiyadır. Bu fikirlərinə görə Hobbsu bəyənənlər və kifayət qədər sevməyənlər var. Lakin nəzərə almaq lazımdır ki, Hobbsun mühafizəkar fikirləri olsa da, onları liberalizmin ilkin təkanlarından, ilkin fikirlərindən biri kimi təqdim edə bilərik.
Hobbsa görə, dövlət hakimiyyəti vahiddir və heç nə ilə məhdudlaşmır, vətəndaş qanunları üzərində dayanır. Hobbsun fikirlərində əsas təqdirəlayiq olan ictimai müqaviləyə baxışı iidi. Yəni İctimai müqavilə əsasında insanlar öz azadlıqlarını məhdudlaşdırmaqla hüquqlarını dövlətin ixtiyarına buraxırlar, lakin bunu əslində digər əsas hüquqlarını qarantiyaya almaq üçün edirlər".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR