Generalın qardaşı oğlu 10 kq heroinlə tutuldu
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumudur.
"Report"un xəbərinə görə, Abşeron rayonu ərazisində keçirdilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.
DİN-in yaydığı rəsmi məlumata görə, Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 9858 Tarix: 13 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu
Noyabrın 3-ü Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdl
15 dekabrBakıda ata qətlə yetirildi - 19 yaşlı oğlu saxlanıldı
Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb. 1981-ci il təvəllüdlü İftixar Vəlizadə kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə onun 2006-cı təvəllüdlü oğlu A.V şübhəli bilinir. İlkin məlumat
11 dekabrYanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi
Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib. İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasınd
17 noyabrRamiz Mehdiyev vəkilindən imtina etdi - "Boz kardinal" nə düşünür?
İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "boz kardinal" bu qərarı şəxsi istəyi ilə verib. Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillə
24 noyabrDSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. "Qafqazinfo" xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq halların
28 noyabrGənc qadın silahlı hücum nəticəsində həyatından oldu
Diyarbakırın Yenişehir rayonuna bağlı Şəhidlik məhəlləsinin 50-ci küçəsində dəhşətli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, İlayda Alkaş (22) bir dostunun ad günü mərasimindən sonra ailəsi ilə birlikdə evinə gedərkən, dini nikahla birlikdə yaşadığı və bir müddət əvvəl ayrıldığı Cema
16 dekabrƏli Kərimli barədə QƏRAR VERİLDİ
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlini
5 dekabrGoranboyda iki nəfər bıçaqlandı - Qonşu saxlanıldı - Yenilənib
Goranboyda iki nəfər bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər. A.Məmmədovun vəziyyət
11 dekabr