"Son zəng"də sevgi davası: 2 nəfər bıçaqlandı
Gədəbəydə "Son zəng" şənliyində iki nəfər bıçaqlanıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, Gədəbəy rayonunun Çaldaş kəndində məktəbdənkənar təşkil olunan "Son zəng" şənliyində kütləvi dava baş verib.
Dava zamanı əmioğlanları - Yaşar və Röyal Nəbiyevlər bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. Yaralılardan biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, digəri isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Gəncədə müalicə alan 21 yaşlı Yaşar Nəbiyevin səhhəti orta-ağır qiymətləndirilir. 18 yaşlı Royal Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Vəziyyəti nisbətən ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, Nəbiyevlərin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik dəqiq məlum deyil. Buna baxmayaraq, davanın iştirakçısı olan bir nəfər - 17 yaşlı Sərxan Tağıyev şübhəli şəxs kimi saxlanılıb.
İlkin məlumatlara görə, bıçaq davası sərxoşluq zəminində baş verib. Gənc yaşlarında eşqə düşən həmyerlilər kifayət qədər spirtli içki qəbul etdikdən sonra sevdikləri qıza görə qan töküblər.
Faktla bağlı cinayət işi başlanıb. Bu və digər versiyalar üzrə kütləvi davanın motivi araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2788 Tarix: 15 iyun 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabrGənc fenomen dünyasını dəyişdi
TikTok-dakı paylaşımları ilə geniş izləyici kütləsinə sahib olan gənc ulduz Tucker Genalın vəfat etdiyi bildirilib. türk mediasına istinadən xəbər verir ki, Genalın ölüm xəbərini 15 dekabrda qardaşları Carson və Connor Genal Instagram hesabları vasitəsilə paylaşaraq izləyiciləri ilə bölüşüblər. Onla
16 dekabrYolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü
Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 199-cu il təvəllüdlü Nica
17 dekabrAğdamda sahədə işləyən traktorçu minaya düşdü
Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb
17 dekabrİştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər
Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar
17 dekabrFerması yanan kişinin sözləri diqqət çəkib
Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu
18 dekabr