Rusiya hərbi gəmilərinin Bakıya gəlməsini necə qiymətləndirmək olar? – ŞƏRH
"Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmilərinin Bakıya gəlməsi və onların qonaq kimi qarşılanması "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etməsilə əlaqəlidir".
Bunu "MediaPost"a açıqlamasında rus gəmilərinin Bakıya gəlməsini şərh edərkən hərbi ekspert Abuzər Əbilov deyib.
O bildirib ki, Rusiya Hərbi Dəniz Donanmasının gəmilərinin Bakıya gəlməsinə səbəb keçirilən beynəlxalq hərbi yarışların davamıdır:
"Bu oyunlar mütəmadi keçirilir. Təəssüf ki, builki ordu oyunları Tovuz hadisələrinə təsadüf etdi. Ona görə də bu mövzuda fikirlər birmənalı deyil. Məsələyə aqressiv münasibət regiondakı vəziyyətə ziddir. Bilmək lazımdır ki, gəmilərin yarışlar çərçivəsində gəlməsi Azərbaycan üçün heç bir narahatlıq yaratmır. Bu, sadəcə olaraq, hərbi oyunların tərkib hissəsidir".
A. Əbilovun sözlərinə görə, hazırkı vəziyyəti geosiyasi prosesə baxıb qiymətləndirmək lazımdır:
"Səbrsizlik və aqressivlik bizə yalnız zərər verə bilər. Bugünkü hadisələr fonunda Xəzərdə bizə ikinci münaqişə lazım deyil. Tarixi gedişata nəzər yetirək. Türkiyə Respublikası kimi dövlət çox vaxt ruslarla üz-üzə gəlib, lakin hazırkı dönəmdə siyasətini səbrlə yürüdərək böyük münaqişələrdən yayınmağa çalışır. Türkiyə ilə Rusiya dünya müharibə arenalarında üz-üzə gəlsələr də, yenə də əlaqələri var. Ona görə prosesləri düzgün analiz edib qiymətləndirmək lazımdır".
Qeyd edək ki, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Mahaçkala" və "Astraxan" kiçik artilleriya gəmiləri, "SB-738" xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1717 Tarix: 21 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyun