Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardırAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına geniş müsahibə verib.

Prezident seçildiyi 2003-c ildən bəri ölkə başçısı Naxçıvana 17 səfər edib. Hər bir səfərin böyük mənası və gözəl nəticələri olduğunu vurğulayan cənab Prezident bu illər ərzində bir çox önəmli layihələrin icra olunduğunu və Naxçıvanın ümumi inkişafının təmin edildiyini bildirib. Son illər ərzində Naxçıvanda ayrı-ayrı istiqamətlər üzrə görülən və görüləcək işlərə toxunan ölkə başçısı bölgədə çox böyük maraq doğuran Naxçıvanın gələcək inkişaf planlarından da söz açıb.

Müsahibədə ilk növbədə təhlükəsizlik məsələlərinə toxunulub. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu deyib. Dövlətimizin başçısı, həmçinin Naxçıvanda hərbi potensialın gündən-günə gücləndirildiyini və bundan sonra da gücləndiriləcəyini bildirib.

Ölkə başçısı bu gün Azərbaycanın regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkə olduğunu bildirib. "Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin", - deyə dövlətimizin başçısı vurğulayıb.

Geniş maraq doğuran ikinci əsas məsələ enerji təhlükəsizliyi ilə bağlı idi. Bu məsələ də öz həllini tapıb və artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq. Hazırda Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Artıq Naxçıvanda yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyi 600 hektardan çox ərazi müəyyən edilib. "Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik", - deyə dövlətimizin başçısı qeyd edib.

Naxçıvan Sənaye Parkının yaradılması bölgədə işsizliyin aradan qaldırılmasına böyük təkan verəcəkdir. Naxçıvanda müasir sənaye komplekslərinin, həmçinin sosial infrastrukturun yaradılması və bərpası nəzərdə tutulur. Həmçinin, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac vardır ki, bu işlər həyata keçiriləcəkdir.
Hazırda Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Səfər zamanı ölkə başçısına yeni elektrik avtobuslarının təqdimatı oldu və xəttə buraxılacaq bu nəqliyyat vasitələri problemi kökündən aradan qaldıracaqdır. Şəhərlərarası və rayonlararası nəqliyyat problemlərinin aradan qaldırılması üçün ölkə başçısı tərəfindən 217 müasir avtobusun alınaraq marşruta buraxılması tapşırığı verilib.

Naxçıvanda əsas yollar qənaətbəxş vəziyyətdə olmasi ilə yanaşı kənd yolları yenə də nasaz vəziyyətdədir. Bununla əlaqədar təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bununla da 160 min nəfər sakinin yaşadığı 26 yaşayış məntəqəsində yol problemi öz həllini tapacaqdır.
Gündəlikdə olan məsələlərdən biri də Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün dövlət tərəfindən vəsait ayrılacaqdır. Burada yerli investorlar tərfində 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edilir. Xarici investorlar da bura maraq göstərirlər.

Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Bununla əlaqədar, Naxçıvanın tarixi-mədəni abidələrinin qorunması məsələləri ölkə başçısının nəzarətində olan məsələlərdən biridir. AzTV-yə müsahibəsində dövlətimizib başçısı bu məsələni xüsusi qeyd edərək deyib: "Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir".

Naxçıvanın turizm potensialının çox zəngin olması qeyd ediməlidir. Buranın həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Prezident İşham Əliyevin Naxçıvana səfəri çərçivəsində şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyulub və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq.
Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı bir sıra planlar vardır. bununla bağlı cənab Prezident öz müsahibəsində deyib ki "Bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir".

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 248   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun