Toy gecəsi rəzalət: Bakirə olmayan qızın başına gələnlər...

Toy gecəsi rəzalət: Bakirə olmayan qızın başına gələnlər...Şirvan Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında seksual xarakterli zorakılıq və xuliqanlıqda ittiham olunan rayon sakini, 30 yaşlı İ.Q.-nın cinayət işi üzrə məhkəmə keçirilib.

İttihama görə, İ.Q. Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham olunub. İ.Q. 2011-ci ilin yayında həmyerlisi A.Q. ilə ailə həyatı qurub. Amma evləndiyi qız bakirə olmayıb. İ.Q. toy gecəsi qızdan onun bakirə olmamasının səbəblərini soruşub. Gəlin uşaq ikən dayısı oğlu tərəfindən zorlandığını deyib. İ.Q. həyat yoldaşının düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin qadın bundan imtina edib və arada narazılıq yaranıb. Toy gecəsi İ.Q. qızı döyərək evdən qovub.

A.Q. ata evinə üz tutub. Övladlarının qan içərisində evlərinə döndüyünü görən Quluzadələr ailəsi polisə şikayət edərək qızlarını toy gecəsi İ.Q.-nin zorladığını bildiriblər. Bu hadisədən sonra İ.Q. qaçaraq gizlənib. 6 ay ərzində axtarışda olan İ.Q. ötən il dekabrın 25-də Biləsuvar rayonunda həbs edilib. O, polis şöbəsində dava salaraq, polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib. Həmin vaxt polis intihara cəhdin qarşısını alıb. Məhkəmədə ifadə verən İ.Q. elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, A.Q.-nın toy gecəsi bakirə olmadığını öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini deyib və evdən çıxarıb.

Onun sözlərinə görə, bu səbəbdən də Quluzadələr ailəsi qisas almaq məqsədilə ona şər atıblar. Zərərçəkən qismində məhkəmədə ifadə verən A.Q. toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxsin onu zorladığını bildirib. Bu cinayət işinə Biləsuvar rayon Məhkəməsində baxılıb və İ.Q. 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs və vəkili apelyasiya şikayəti veriblər.

Şikayətdə qeyd edilib ki, İ.Q.-nin təqsirləndirilən şəxs kimi əməlində cinayət tərkibi yoxdur. Onlar rayon məhkəməsinin hökmünün ləğv edilməsini və İ.Q.-nin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Məhkəmədə müdafiə tərəfi seksual xarakterli hərəkətlərin müəyyən edilməsi üçün vəsatətlə çıxış edib. Vəsatət təmin edilib və cinayət işi üzrə Məhkəmə Tibbi Ekspertiza təyin edilib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. (ölkə.az)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 16506   Tarix: 17 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO

Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr

19 dekabr
.

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib. "EGE Hospital"ın icraçı direktoru Rafael Əliyev -a verdiyi açıqlamada yayılan məlumatları təkzib edib. O qeyd edib ki, Tünzalə Sultanova "EGE Hospital"da müalicə almayıb:. "Tünzal

20 dekabr
.

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını

20 dekabr
.

Konsert zamanı dəhşət: gənc rok müğənnisini səhnədə elektrik cərəyanı vurdu - VİDEO

Perunun paytaxtı Limada keçirilən konsert zamanı qorxulu anlar yaşanıb. türk mediasına istinadən xəbər verir ki, rok qrupu Mi Major Amigo Scott (My Best Friend Scott) qrupunun solisti olan Karlos Suares səhnədə özünü təqdim etdiyi anda mikrofonu əlinə götürüb və bu zaman elektrik cərəyanına məruz qalıb

18 dekabr
.

Taksi dayanacağında silahlı insident: Keçmiş əməkdaş özünü tapança və bıçaqla yaraladı

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda taksi dayanacağında silahlı insident baş verib. Məlumata görə, dayanacağın keçmiş əməkdaşı Erdem Mucır işçilərlə mübahisə etdikdən sonra özünü tapança və bıçaqla yaralayıb. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 13:30 radələrində Cedit məhəlləsi

16 dekabr
.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr
.

Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"

Bir zərgərin ona "əmanət" olaraq veriləcək qızılları qəbul etməməsi sosial mediada gündəm olub. türk mediasına itinadən xəbər verir ki, zərgər, illərdir tanıdığı bir şəxsin "Bunları götür, işlət" deyərək qızıllarını saxlamaq istəməsinə qəti şəkildə etiraz edib. Əmanəti niyə qəbu

19 dekabr
.

19 yaşlı gənc qadın 3 ildir evli olduğu şəxs tərəfindən qətlə yetirildi

Türkiyənin paytaxtı Ankarada 19 yaşlı Sevgi Özdemir 3 ildir evli olduğu həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə Altındağ rayonunda cütlüyün yaşadığı evdə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 28 yaşlı Yasin Özdemir bir müddətdir şiddətli keçimsizlik yaşadığı həya

17 dekabr
.

Tokioda sauna yanğınında gənc cütlük həyatını itirdi

Yaponiyanın paytaxtı Tokioda yerləşən bir saunada baş verən yanğın nəticəsində içəridə qalan gənc cütlük həyatını itirib. Hadisə Tokionun Minato rayonunun Akasaka bölgəsində fəaliyyət göstərən özəl "Sauna Tiger" adlı müəssisədə qeydə alınıb. xarici mediaya istinadən xəbər verir ki, bazar ertəs

19 dekabr