Tokioda sauna yanğınında gənc cütlük həyatını itirdi

Tokioda sauna yanğınında gənc cütlük həyatını itirdiYaponiyanın paytaxtı Tokioda yerləşən bir saunada baş verən yanğın nəticəsində içəridə qalan gənc cütlük həyatını itirib. Hadisə Tokionun Minato rayonunun Akasaka bölgəsində fəaliyyət göstərən özəl "Sauna Tiger" adlı müəssisədə qeydə alınıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bazar ertəsi günorta saatlarında saunada yanğın baş verib. Həmin vaxt saunada olan 37 yaşlı Yoko Matsuda və 36 yaşlı Masanari Matsuda yanğın zamanı içəridə qalıblar. Saat 12:25 radələrində binanın yanğın siqnalizasiyasının işə düşməsindən sonra hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının səbəbi hələlik dəqiq müəyyən edilməsə də, alov qısa müddətdə nəzarət altına alınıb. Axtarışlar zamanı Matsuda cütlüyü sauna otağında huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya çatdırılan cütlük həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib.

Aparılan ilkin araşdırmalarda saunanın içərisindəki fövqəladə vəziyyət düyməsinin yanğın zamanı aktiv olmadığı, giriş qapısının qolunun isə həm içəridən, həm də çöldən qırılmış vəziyyətdə olduğu müəyyən edilib. Polis yanğın siqnalı işə düşənədək cütlüyün içəridə çarəsiz qaldığını ehtimal edərək səhlənkarlıq şübhəsi ilə genişmiqyaslı araşdırmaya başlayıb.

Hadisədən sonra fəaliyyətini müvəqqəti dayandıran "Sauna Tiger" rəhbərliyi ictimaiyyətdən üzr istəyərək bildirib ki, polis və yanğınsöndürmə xidmətlərinin araşdırması davam edir və müəssisə səlahiyyətli qurumlarla tam əməkdaşlıq edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 806   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

3 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr