Misirin Kleopatrası: özünü 30 yaşında zəhərləyən kraliçanın ilginc həyatı - FOTO

Misirin Kleopatrası: özünü 30 yaşında zəhərləyən kraliçanın ilginc həyatı - FOTOKleopatra, gözəlliyi, zəkası və şöhrəti sayəsində dövrümüzün ən tanınan qadın hökmdarlarından biridir. O qədər ki, onun həyatı kitab və filmlərin mövzusu olub. Hətta bu gün də onun gözəlliyindən ağlı və ambisiyasından çox danışılır. Kleopatra təkcə gözəllik sözünə sığmır, həyatı boyu etdiyi işlər, yalnız gözəl bir qadın olmadığını, eyni zamanda çox ağıllı və iddialı olduğunu sübut edir.

BiG.AZ musavat.com-a istinadən sizlərə Kleopatra haqqında maraqlı faktları təqdim edir.

Əslən yunan olan Kleopatra eramızdan əvvəl 69-cu ildə anadan olub. 30 yaşında- avqustun 12-də özünü zəhərləyərək intihar edib. Kleopatra, çox ağıllı bir qadın idi. O, 9 dil bilirdi. Bu dillər arasında ərəb, ivrit, abisyan, fars dillərini qeyd etmək olar.

Kleopatra, Makedoniyalı İskəndərin Misiri fəth etdiyi zaman qurulan Ptolemey krallığında ailəsinin üçüncü qızı olaraq dünyaya gəlib. O illərdə İsgəndəriyyədə olan bu səltənəti XII Kleopatranın atası idarə edirdi. Kleopatra atasının ölümündən sonra qardaşı XIII Ptolemey ilə taxta çıxıb. 18 yaşında taxta çıxanda və özündən 8 yaş kiçik olan qardaşı ilə müqayisədə hakim fiqur o oldu. Həmin illərdə Misirdəki yunanlar yalnız öz xalqlarından olan insanlarla evlənərdilər. Buna görə Kleopatra və qardaşı evləndilər. Növbəti bir neçə ildə Misir sağlam olmayan bir iqtisadiyyat və qıtlıq ilə üzləşdi. Beləliklə, siyasi qarışıqlıq başladı və Kleopatra qardaşı tərəfindən Suriyaya sürgün edildi. Kleopatra bir ordu toplayaraq Misirin şərqindəki Pelusiumda qardaşı ilə müharibəyə hazırlaşdı. Lakin Roma lideri Yulius Sezarın gəlişi ilə müvəqqəti bir sülh əldə edildi.

Kleopatra, taxtda oturmaq üçün Romanın dəstəyinin vacib olduğunu bilirdi. O, Misirin yenidən Suriya və Fələstin torpaqlarını alacağına inanırdı. Beləliklə, məqsədlərinə çatmaq üçün Kleopatra Sezara yaxınlaşmağa başladı. Kleopatra qışı Sezarın qoşunları ilə (Nil döyüşü) qardaşına qarşı mühasirədə keçirdi. Burada olduğu müddətdə Sezarı heyran edə bildi. Bəzi rəvayətlərə görə, Kleopatra Sezarın sarayına bir xalçanın içərisində girərək onu özünə aşiq edib.

Sezarın sayca üstün qüvvələri ilə 13-cü Ptolemeyin qüvvələri arasında dörd ay davam edən müharibədən sonra, Romadan dəstək qüvvələri gəldi, Ptolemey İskəndəriyəyə qaçmağa məcbur oldu və qaçarkən Nil çayında boğuldu. İskəndəriyəyə daxil olan Sezar, taxtı Kleopatra və kiçik qardaşı 14-cü Ptolemey arasında yenidən bərpa etdi. Sezar Kleopatra ilə bərabər bir müddət Misirdə qaldı və Kleopatra təxminən e.ə. 47-ci ildə Ptolemey Sezar adlı oğlan uşağı dünyaya gətirdi.
Kleopatranın ən böyük arzusu Misir və Romanı birləşdirmək, Böyük İsgəndərin təsəvvür etdiyi kimi bütün dünyaya hakim olmaq idi. Ancaq bu xəyal Sezarın ölümü ilə suya düşdü.

Öz ağlı və cazibədarlığı sayəsində Kleopatra dövrünün iki ən məşhur sərkərdələrini Yuli Sezar və Mark Antonini özünə aşiq etmişdi. O, bununla Misirdə 20 illik müstəqillik təmin etmişdi. Kraliça bədxərc olduğuna görə qədim əlkimyaçılar Kleopatranın fəlsəfə daşına sahib olduğunu və metalları qızıla çevirdiyini düşünürdülər. Tarixi faktlara əsasən, Kleopatra bütün zəhərli maddələri yığıb və zindana enərək məhkumların üzərində müxtəlif tədqiqatlar aparırdı.

Kleopatra e.ə. 41-ci ildən sonra Mark Antoninin(Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı) müttəfiqi və məşuqəsi olmuşdu. Mark Antoni Roma qaydalarına zidd olaraq Kleopatra ilə evlənib Oktaviana qarşı mübarizədə onu müdafiə etmişdi. Aksi döyüşündən sonra əvvəlcə Antoni, sonra da VII Kleopatra intihar etmişdilər.
Misirin Kleopatrası: özünü 30 yaşında zəhərləyən kraliçanın ilginc həyatı - FOTOMisirin Kleopatrası: özünü 30 yaşında zəhərləyən kraliçanın ilginc həyatı - FOTOMisirin Kleopatrası: özünü 30 yaşında zəhərləyən kraliçanın ilginc həyatı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4253   Tarix: 24 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

"Diş müalicəsinin qiymətləri avtomobil qiymətini ötüb" - VİDEO

Özəl klinikalardan birində diş müalicəsi etdirən vətəndaş ödədiyi məbləğin illər əvvəl aldığı avtomobilin qiymətinə bərabər olduğunu bildirib. türk mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, çənə açıqlığının dar olması səbəbindən dövlət xəstəxanasında müalicə ala bilməyib və məcbur qalara

17 dekabr
.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye

15 dekabr