"Az sayda insanla toyların keçirilməsinə icazə verilə bilər" - Deputatdan AÇIQLAMA

"Az sayda insanla toyların keçirilməsinə icazə verilə bilər" - Deputatdan AÇIQLAMAArtıq 7 aydan çoxdur ki, Azərbaycanda koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Bir çox nişanlı gənclər toyların keçirilməsinə icazə verilməsini gözləyirlər. Mətbuatda və sosial şəbəkələrdə Məhərrəmlikdən sonra Azərbaycanda toyların keçirlməsinə icazə veriləcəyi ilə bağlı iddialar səsləndirilir. Məhərəmlikdən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, toylar kütləvi toplaşma qrupuna aiddir:

"Pandemiyaya görə dövlət səviyyəsində də heç bir toplantıların və tədbirlərin keçirilməsinə icazə verilmir. Kütləvi tədbirlərin təkcə Azərbaycanda deyil, bütün dünyada keçirilməsi qadağandır. Bizim toy adət-ənənəmiz başqa ölkələrdən fərqlidir. Bizdə daha çox qohumlar və yaxın insanlar toy məclisində iştirak edirlər. Kimisə dəvət etmədikdə də inciklik olur. Ona görə də bunun hər hansı bir formasını fikirləşmək lazımdır. Pandemiya uzun müddət davam edərsə, incikliklər olmamaq şərti ilə kiçik formada toyların keçirilməsinə icazə verilə bilər. Artıq gənclərimiz toy keçirmədən ASAN xidmətdə nikaha daxil olub, ailə üzvlərinin iştirak etdiyi kiçik məclis təşkil edərək ailə qururlar. Uzun müddət toyların keçirilməsinə qadağa qoymaq da düz olmaz. Gənclər ailə qurmalıdır. Həyat davam edir. Çünki 6-7 ildən sonra az sayda uşaq 1-ci sinifə, 18 ildən sonra isə gənclərimiz hərbi xidmətə gedəcək. Həyatın davam etdiyini nəzərə alaraq, toyların keçirilməsi ilə bağlı uyğun variant hazırlanmalıdır. Mütləq şəkildə toyların keçirilməsi ilə bağlı format dəyişməlidir. Bugünkü vəziyyətdə 300-500 nəfərlik toydan söhbət gedə bilməz. Az sayda insanla, yaxın ailə üzvlərinin iştirakı ilə toyların keçirilməsinə icazə verilə bilər. Toylarda insanların kütləvi toplaşması virusun kütləvi yayılmasına səbəb ola bilər. Bu da əlbəttə dövlətimiz və toy edən ailə üçün müəyyən problemlərə səbəb ola bilər".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 23962   Tarix: 01 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr