Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.
Bu kateqoriyadan olan şəxslərə həmin dövrdə 7354 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 586 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər 7700-dən çox avtomobil verilib.
Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 106 min şəxsə aylıq sosial ödəniş təyinatı üzrə 120 min xidmət göstərilib, 26 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
"Bizə bu Zəfəri yaşadan ölməz şəhidlərimizin ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi sosial dəstək tədbirlərinin əsas istiqamətlərindən biridir. Belə ki, Qələbəmizdən ötən altı il ərzində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 31 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması onlara yönələn sosial dəstək tədbirlərinin mühüm istiqamətini təşkil edir. Qeyd edilən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 2527 şəxsə 110 min reabilitasiya vasitəsi verilib. O cümlədən, müharibədə əzalarını itirmiş 500 hərbçi 626 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlər vasitəsilə onlar aktiv həyata dönüş imkanı əldə ediblər", - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsi və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılması məqsədilə sosial-psixoloji dəstək tədbirləri də görülüb, reabilitasiya proqramları həyata keçirilib. Bu dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 118 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
Nazirliyin reabilitasiya müəssisələrində peşəkar həkim komandası tərəfindən və sınanmış reabilitasiya üsullarının tətbiqi əsasında aparılan işlərin müsbət nəticəsi olaraq qazilərimizin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.
"Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən artıq 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar. Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir. Qəhrəman Vətən övladlarının yadigarlarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaq məqsədilə də mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirilir. Postmüharibə dövründə Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 40 nəfər şəhid ailə üzvü və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs və onların övladları təlimlərə cəlb edilərək onların yaradıcılıq potensialının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılıb. Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində isə müharibə ilə əlaqədar əlilliyi olan 118 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.
Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 132 min şəxsi əhatə etməklə, həmin kateqoriyadan olan şəxslərə dəstək yönümlü 449 min xidmət göstərilib", - deyə sorğuya cavabda bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
Qızıl bazarında son vəziyyət
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Xankəndi Stadionu açıldı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə