Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın cəbhə "macəraları"

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın cəbhə "macəraları"Oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərməklə siyasi dividentlərə nail ola bilməyən Ermənistan baş naziri Nikol Paşinyan öz həyat yoldaşını irəli ataraq ucuz şou göstərmək istəyib.

Paşinyanın həyat yoldaşı Anna Akopyan öz populist ərindən geri qalmayaraq, yenə də sosial şəbəkələri "silkələyib".

"MediaPost" xəbər verir ki, Ermənistanın bir sıra media kanallarında yayımlanan xəbərlərə görə, A. Akopyanın təşkilatçılığı ilə 25-31 avqust tarixlərində, işğal altındakı ərazilərdə dislokasiya olunmuş hərbi hissələrin birində müxtəlif yaş və ixtisas sahibləri olan 15 qadın üçün kurslar təşkil olunub.

Hərbi mövzulu, döyüş və atəş açma hazırlığı üzrə kursun məhz "Qadınlar sülh naminə" kampaniyası çərçivəsində təşkil edilməsi tədbirin nə qədər absurd olduğunu göstərir.

Akopyanın gülünc vəziyyətdə olduğu videoçarxlarını özünüz də tapa bilərsiniz, internet doludur. Ona qarşı qərəzimizin olmasında ittiham olunmamaq üçün gəlin, onun bu düşük hərəkətinin Ermənistan mediasında necə qarşılandığına nəzər yetirək.

Belə ki, ermənilərin özlərinin dediyinə görə, Akopyanın iştirakı ilə hərbi formada, dəbilqəsiz, əlində AK-74 atəş hazırlığı keçirilən zaman çəkilən fotolara hətta Hollivud ulduzları Ancelina Coli, Uma Turman, Mişel Rodriqes kimi aktrisalar paxıllıq edəcəklər. 2016-cı ilin aprel döyüşlərindən sonra ölən ermənilər haqqında danışan baş nazirin həyat yoldaşının məşhur "bizim oğullar 4 günlük müharibədə heç nə uğrunda öldülər" ifadəsini xatırladan ekspertlər Annanın "Facebook" sosial şəbəkəsindəki foto-sessiyasını tənqid edirlər.

Döyüş əməliyyatlarının yenidən başlanması halında nəinki oğlunun ön cəbhədə olması, hətta özünün də vətənin müdafiəsi naminə əlinə silah almağa hazır olmasından dəm vuran Anna Akopyan bu kimi populist çıxışlar edən birinci erməni deyil.

Hələ 2013-cü ildə atış poliqonunda əldə silah kameraların qarşısında vətənpərvərlikdən dəm vuran və eyni tipli cəfəngiyyatlar səsləndirən sabiq Diaspora naziri Hranuş Hakopyan və Mədəniyyət naziri Hasmik Poğosyan gülüş obyekti olmuşdular. Anna Akopyandan fərqli olaraq, hər iki qadın həmin vaxt dövlət məmurları idilər.

Ermənilərin gülüş obyektinə çevrilən Hakopyanla Poğosyan danışanda deyirdilər ki, "hər iki xanım döyüş tapşırığını parlaq bir şəkildə yerinə yetirdi və Bakı çıxılmaz vəziyyətdədir".

Təəccüblü olan odur ki, o vaxt gülənlərdən bəziləri indiki hakimiyyət nümayəndələri və ya onların tərəfdarlarıdır. Maraqlıdır ki, niyə baş nazirin həyat yoldaşına belə bir şeyin mümkün olmadığını söyləmirlər? Yəni belə hərəkətlər vəzifədən və ya hakimiyyətə yaxınlıq dərəcəsindən asılıdır?

Kamera qarşısında lovğalanan Anna Akopyan deyib: "Həyatımda ilk dəfə əlimə silah götürdüm, lakin silahla düzgün davranmağa oğlanlar (əsgərləri nəzərdə tutur-red) kömək etdi və atış anında qorxmamaq üçün düşməni alnından vuracağımı dedim". Başqa sözlə, "sülh naminə" atəş kurslarını təşkil edən baş nazirin həyat yoldaşının hansı düşməni "alnından" vurmasını tapmaq çox da çətin deyil. Görünür ki, ermənilərin "sülh naminə" anlayışı Azərbaycan əsgərlərinə atəş açmaq deməkdir.

Başqa məqsəd varsa, buyurun, Anna Akopyan, deyin. Əks halda, "Facebook" sosial şəbəkəsində gülüş obyektinə çevrilərək ucuz imic qazanmaq səyiniz sizin özünüzün və sizi oraya göndərənin mənəvi dəyərlərinin ən aşağı səviyyədə olduğunun göstəricisidir.

Belə çıxır ki, ölümə gedən erməni əsgərlərin döyüş ruhunu yüksəltmək üçün onların yanında mütləq özünü reklam edən baş nazirin həyat yoldaşı olmalıdır?

Bizim isə sizə deməyə bir sözümüz qalır – adın çıxınca, canın çıxsın, ay Anuş!


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5141   Tarix: 04 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. "Qafqazinfo" xəbər verir ki, cinayət işi üzrə toplanmı

16 dekabr
.

Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq. "Qafqazinfo" xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib. G.Hacıbəyli isə bu qərarl

15 dekabr
.

Əbu-Dabidə İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərini

17 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

"Paşinyanın təqdim etdiyi "uğur" real geosiyasi və iqtisadi nəticələr baxımından hələ məhduddur" - AÇIQLAMA

Balanslaşdırılmış və tarazlı xarici siyasət reallıqdır". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşü zamanı deyib. Paşinyan, həmçinin bu yaxınlarda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb - Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya

11 dekabr
.

"Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri -a Milli Məclisin deputatı Müşfiq Cəfəro

12 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Türkiyə üçün özünün milli maraqları qədər toxunulmaz və müqəddəsdir" - AÇIQLAMA

"Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanla sülh sazişinin imzalanmasından sonra mümkün olacaq". Bunu erməni politoloq Suren Surenyants deyib. "Erməni politoloq Suren Surenyantsın səsləndirdiyi bu fikir regional reallıqların və Ankara-Bakı strateji vəhdətinin obyektiv etirafıdır"

18 dekabr