Yaxın 4 ildə Azərbaycanda aşağı inflyasiya proqnozlaşdırılır-EKSPERT

Yaxın 4 ildə Azərbaycanda aşağı inflyasiya proqnozlaşdırılır-EKSPERTAzərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 2021-2024-cü illərdə Azərbaycanda istehlak qiymətləri indeksi orta hesabla 2,8% artacaq. Bu göstəriciyə əsasən Azərbaycan hələ postsovet məkanında ən yaxşı mövqelərdən birini tutur. MDB ölkələri Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, koronavirus pandemiyası və enerji böhranının yaratdığı iqtisadi problemlər qiymətlərdə ciddi artımla nəticələnib. Müqayisə üçün ilin birinci yarısındakı məlumatlara görə, Rusiyada orta inflyasiya səviyyəsi 3,1%, Belarusiyada 5,3%, Gürcüstanda 5,7%, Qazaxıstan 7,1%, Özbəkistanda təxminən 14% təşkil edir.

Bu barədə Sonxeber.az-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verib.

Rəşad Həsənov, hazırki, şərtlər daxilində inflyasiyaya nəzarət olunan çərçivədə olduğunu söyləyib.

"Hazırki, şərtlər daxilində inflyasiyaya nəzarət olunan çərçivədədir. Düzdür rəsmi rəqəmlər tam olaraq situasiyanı özündə əks etdirə bilmir. Çünki bizim hesablamalarımıza görə təxminən bazarda inflyasiya 5-5.5 faiz ətrafındadır. Rəsmi rəqəmlərə görə indiki halda 3% ətrafında dəyişib.

Ümumiyyətlə həm beynəlxalq təşkilatların, həm də bizim qiymətləndirmələr göstərir ki, 2021-2024 ci illər arasında Azərbaycanda inflyasiya səviyyəsi təxminən 5-9 faiz arasında dəyişəcəkdir. Burada müəyyən gözləntilər olsa da əslində bu gözləntilər nisbətən aşağı salınıbdır. Aşağı salınmasının səbəbi ondan ibarətdir ki, faktiki olaraq alıcılıq gücünün pandemiya dövründə azalması inflyasiya təyziqlərini müəyyən qədər neytralaşdıran faktor kimi çıxış edəcəkdir.

Amma digər tərəfdəndə pandemiya və post-pandemiya dövrü dünya bazarlarında da müşahidə edilə bilən istehsalın azalması qiymətlərin müəyyən qədər artmasını şərtləndirir ki, bu da Azərbaycanda idxal inflyasiyası istiqamətində təyziqləri artırır.

İqtisadçı ekspert, Azərbaycan üçün əsas riskin məhz manatın məzənəsi ilə bağlı olduğunu söyləyib.

Azərbaycan üçün əsas risk məhz manatın məzənəsi ilə bağlı olan məsələdir. Dövlət proqnoz büdcəsində 2021-ci ildə manatın 1 ABŞ dollarına qarşı hazırki məzənəsinin qorunacağı ehtimalı olunur. Amma istənilən halda məzənədə xarici fruktasiyalara açıqlıq ciddi səviyyədə qalmaqdadır. Bu neftin qiymətinin hansı istiqamətdə dinamika nümayiş etdirməsindən aslı olacaqdır. Gələcəkdə indiki səviyyədə proqnozlaşdırılmış inflyasiyalara manatın məzənəsinin dəyişməsi nəticəsində təsirlər formalaşa bilər.

Rəşad Həsənov bildirib ki, bu şərtlər daxilində də məzənnənin yumşalması növbəti dövrlərdə idxal inflyasiyasının kəskin şəkildə dəyişə bilər.

Azərbaycan ümumiyyətlə götürəndə istehlak bazarında idxaldan aslı ölkədir. Yerli istehsal ya azdır, ya da rəqabətli deyil. Bu şərtlər daxilində də məzənənin yumşalması növbəti dövürlərdə idxal infilyasiyasının kəskin şəkildə dəyişə bilər. Buna görə də proqnozların üzərində bir göstəricinin formalaşmasına gətirib çıxarda bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2094   Tarix: 08 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021