Övlad tərbiyəsi ilə bağlı Qurani-Kərimin 8 tövsiyəsi

Övlad tərbiyəsi ilə bağlı Qurani-Kərimin 8 tövsiyəsiQurani-Kərim kamil bir kitab olaraq, bizləri səadətə doğru hidayət edir. Onun təlimləri bizi Sirat yoluna yönləndirir. Əgər Quranın buyurduqlarına əməl etsək, həm dünyada və həm də axirətdə səadət əhlindən olarıq.

Quranın bizlərə buyurduğu tövsiyələrdən biri də övlad tərbiyəsi ilə bağlıdır. (Beytutə)

Qurani-Kərim bizlərə övlad tərbiyə etməklə bağlı yollar tövsiyə edir:

1. Övlada insan həqiqətini başa salmaq. "Həqiqətən bu Qur'an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir". ("İsra" 9).

O zaman ki, övladınız həddi-büluğ yaşına çatar, ona insanın həqiqətlərini tanıtmağa çalışın. Əgər insan özünü tanıyarsa, şübhəsiz ki, Allahı da tanıyacaqdır.

2. Uşaqlar örnək götürəndirlər. İnsan örnək götürən bir varlıqdır. Ona görə də övladınıza doğru örnəkləri tanıdın və ona vaxtında doğru yolu göstərin. "(Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!". ("Bəqərə" 44).

Valideyn övladı üçün həmişə örnək olmuşdur. Ona görə də çalışmalıdır ki, dedikləri ilə əməli üst-üstə düşsün.

3. Övladlarınıza məhəbbət göstərin. "Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq".

Dedi: "Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin".

Dedilər: "Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq". ("Yusif" 12-14).

İnsan məhəbbətə ehtiyacı olan varlıqdır, xüsusilə də uşaq olan zaman bu məhəbbətə ehtiyacı çox olur. Əlbəttə, valideyn çalışmalıdır ki, bu məhəbbətdə də həddi aşmasın.

4. Övladlara ehtiram göstərmək. İnsana hörmət etmək və onu ikram etmək - İslam tərbiyəsinin ən mühüm tövsiyələrindən biridir. "Həqiqətən, Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik". ("İsra" 70).

5. Övladlara dini təlim vermək. Valideynin vəzifələrindən biri budur ki, övladlarına dini təlim versin. Bu yolda səbirli və hövsələli olmalıdır. "Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et". ("Taha" 132).

6. Moizə. Allah insanı tərbiyə edən zaman ona moizələr vasitəsilə təlim verər. "(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır". ("Nəhl" 125).

7. Təşviq və tənbeh. İnsanı yaxşı əməllərinə görə tərifləmək və pis əməllərinə görə tənbrh etmək - tərbiyənin yollarından biridir. Valideyn də çalışmalıdır ki, bu yolda ifrat və təfrit etməsin. "Əgər səni təkzib etsələr, de: "Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz"". ("Ənam" 147).

8. Uşaq əgər peşman olarsa, onun səhv əməllərinə göz yummaq. "(Yəqubun oğlanları) dedilər: "Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik". Dedi: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır".(milli.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6045   Tarix: 12 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzanı fürsətə çevirdi! Partlayan borunun suyu ilə maşınını yuyan sürücü gündəm olub - VİDEO

Tekirdağın Çerkezköy rayonunda hələlik naməlum səbəbdən su borusu partlayıb. az türk mediasına istinadən xəbər verir ki, partlayışdan sonra yola güclü şəkildə su axmağa başlayıb, ərazi qısa müddətdə su ilə dolub. Uzun müddət müdaxilə olunmaması nəticəsində yolda iri su gölməçələri yaranıb. Bu zaman maraql

17 dekabr
.

Evdə elə bir yer var ki... bir neçə dəqiqəyə stressi azaldır

Evdə bir neçə dəqiqə ərzində sakitləşdirən və rahatladan bir məkan mövcuddur. Bu barədə məlumat verir:. Evdə sakitlik guşəsi nədir?. Sakitlik guşəsi evdə istirahət və bərpa üçün xüsusi ayrılmış məkandır. Bu zona stress səviyyəsini azaltmağa, diqqəti toplamağa və daxili tarazlığı bərpa etməyə kömək edir

19 dekabr
.

Süni intellektlə evləndi - VİDEO

Yaponiyada 32 yaşlı bir qadın "ChatGPT" istifadə edərək yaratdığı süni intellekt partnyoru ilə evlənib. xarici mediaya istinadən xəbər verir ki, çağrı mərkəzinin işçisi Yurina Noquçi "Klaus" adını verdiyi süni intellekt personajı ilə emosional bir əlaqə qurduğunu və bu münasibəti

18 dekabr
.

Qayaların ortasında! 2 min illik monastırın son halı görənləri heyrətə gətirir - VİDEO

Türkiyənin Şırnak bölgəsində yüzlərlə il əvvəl inşa edilən və qayaların arasında yerləşdiyi üçün girişi olduqca çətin olan tarixi monastır görənləri heyrətə gətirir. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra əvvəllər daxil olunması mümkün olmaya

19 dekabr
.

Qış üçün üç şorba: tez, asan və inanılmaz dərəcədə ləzzətli - RESEPT

Çöldə şaxta hökm sürdükdə, orqanizm isti və rahatladıcı yeməklərə can atır. Məhz bu zaman şorbalar ideal seçimə çevrilir. Qış aylarında onlar təkcə isitmır, eyni zamanda enerjini bərpa edir, sakitləşdirir və immuniteti dəstəkləyir. Bu seçimdə üç fərqli, lakin eyni dərəcədə rahatlıq bəxş edən yemək təqdi

19 dekabr
.

Emosional soyuqluq və stres: Demensiyanın görünməyən siqnalları

İngiltərəli alimlər orta yaşlarda özünəinamın itirilməsinin qocalıqda demensiya riskinin artması ilə əlaqəli olduğunu aşkar ediblər. xəbər verir ki, bu barədə araşdırma müəlliflərinə istinadən "Independent" nəşri məlumat yayıb. Qeyd olunur ki, tədqiqatçılar 5 811 iştirakçının məlumatların

18 dekabr
.

Zeytun yağından istifadə zamanı edilən 4 səhv

Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə

17 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr
.

104 yaşında vəfat edən anasını qızıl tabutda dəfn etdi - VİDEO

Nigeriyada "Peyğəmbər İremya" adı ilə tanınan məşhur sakinlərindən olan Jeremiah Fufeyin, 104 yaşında vəfat edən anasını tamamilə qızıl örtüklü tabutda dəfn etdirməsi sosial mediada və ictimaiyyətdə geniş rezonans doğurub. xarici mediaya istinadən xəbər verir ki, "Mama Asetu" ad

16 dekabr