DİN Balakəndə baş verən hadisə ilə bağlı rəsmi məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Balakən rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan Sonxeber.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.
"Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə "avarların sıxışdırılması" kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar", - Mətbuat Xidmətindən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1941 Tarix: 15 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib
Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib. -a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir. Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayə
11 martYük maşınının yanına gəldi, sürücüyə pəncərədən dəhşəti yaşatdı - VİDEO
İstanbulun Zeytinburnu rayonunda yolda üstünlük vermə üstündə iki yük maşını sürücüsü arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı tərəflər arasında gərginlik artaraq fiziki qarşıdurmaya keçib. İddiaya görə, sürücülərdən biri digərin
1 aprel21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu
Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) "TikTok" və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videola
13 martZamin Zəkiyə hökm oxunub
"QHT işi" üzrə ittiham olunanlardan biri - sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqda
11 martMüəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl "İdrak"
6 fevralGüllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
"İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən -a verilən məlumata görə, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu "İdrak" liseyindən çağırış qeydə alınıb
6 fevralAyrılığı həzm edə bilmədi, həyat yoldaşına bıçaqlı hücum etdi
İstanbul şəhərinin Sultangazi rayonunda bıçaqlanma hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Vahyettin Ç. adlı şəxs evinin qarşısında boşanma mərhələsində olduğu həyat yoldaşının sevgilisi olduğunu iddia etdiyi kişini görüb. Bu zaman tərəflər arasında mübahisə yaranı
27 fevral