Bakının azad olunması bütün Türk dünyası üçün vacib idi-Tarixçi-alim
Sentyabrın 15-də Azərbaycan-Osmanlı hərbi qüvvələrinin Bakını azad etməsinin 102-ci ildönümüdür. Həmin gün 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını erməni millətçilərinin yaxın iştirakı ilə qurulan Bakı Soveti və Sentrokaspi Diktaturası rejiminin qanlı hakimiyyətindən azad etməyə nail olub. Bu qələbə Bakının Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsi və Fətəli Xan Xoskinin başçılıq etdiyi milli hökumətin bu şəhərə köçməsini təmin edib.
Bu barədə tarixçi alim Dilavər Əzimli Sonxeber.az-a açıqlama verib.
"15 sentyabr Azərbaycan tarixinin ən müqəddəs günlərindən biridir. Hesab edirəm ki, bu gün dövlət səviyyəsində bayram kimi qeyd olunmalıdır. Azərbaycan xalqı necə Novruz, Qurban, Ramazan bayramlarını qeyd edir, o cür bu günü də bayram kimi qeyd edilməlidir. Çünki burada bir millətin varlıq məsələsi həll olunurdu. Bu həm də, iki qardaşın birgə başına gələn faciələrin qarşısını almağa yönəlik addım idi.
Tarix boyu bu qardaşları bir-birindən ayırmağa çalışdılar. Bu qardaşların arasına nifaq salmaq istədilər ama bacarmadılar.
Bakının azad olunması tək bizim üçün deyil bütün Türk dünyası üçün vacib bir məsələ idi. Doğurdan da, Azərbaycanın taleyi həll olunurdu. Artıq Azərbaycan torpqları bölünürdü. Əgər burada rus, erməni hərbi birlikləri qələbə çalsaydı, bizim taleyimiz necə olacaqdı bunu təsəvvür eləmək çətindi.
Həmin vaxt qəhrəman Qafqaz İslam ordusu Azərbaycan hərbiçiləri ilə birlikdə Bakıya gəldilər. Burada bizim qardaş Osmanlı ordusu ilə hərəkət edən 4 mindən çox Azərbaycanın əsgər və zabitləri var idi. Onların birgə fəaliyyəti nəticəsində Bakı azad olundu. Bakının azad olunmasının o qədər böyük bir əhəmiyyəti var idi ki, Ankarada olan Məhəmməd Əmin Rəsulzadə Nuru paşanı göydən enən mələyə bənzədib.
Məhz bu gün həm də, Azərbaycanın sonrakı taleyini həll etdi. Yəni, cümhuriyyətin süqutundan sonra Azərbaycan Respublikası şəklində bu dövlət yaşadı. Ondan sonra da 1991-ci ildə də ikinci dəfə öz müstəqilliyini elan elədi.
Bu gün də Azərbaycanın ərazi bütövlüyü məsələsi var. Bu iki qardaş yenə birgə bu ərazi bütövlüyünü bərpa edəcək və bötüv Azərbaycan qurulacaq.
Bu gün tək Azərbaycan üçün yox, bütün Türk dünyasının böyük günüdür".
Aysel Səmədli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Xərçəngin dərmanı GÖRÜN HANSI HEYVANDA İMİŞ