"Çox gözləmək lazım gəlməyəcək, Qarabağ münaqişəsi tezliklə həll olunacaq"

"Çox gözləmək lazım gəlməyəcək, Qarabağ münaqişəsi tezliklə həll olunacaq"Bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini canlandırmağa çalışsalar da, erməni tərəfi dərhal bu təşəbbüsü pozdu.

Həmsədrlər Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə telefon danışığı zamanı ilkin şərt qoymadan ciddi danışıqları davam etdirmək və mövqelərini aydınlaşdırmaq üçün nazirləri yaxın həftələrdə şəxsi görüşə dəvət etdilər.

Dərhal bu hadisəyə reaksiya göstərən Qarabağ separatçıları, bir neçə şərt irəli sürərək münaqişənin sülh yolu ilə həll olunmasına hazır olduqlarını bildirdilər.

Dünyada heç bir dövlət tərəfindən tanınmayan qurum danışıqlar prosesində "ərazi bütövlüyü" çərçivəsində iştirakda israrlıdır (separatçıların "konstitusiya"sına, Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayon da daxil edilib).

Sülhdən bəhs edən erməni tərəfi eyni zamanda Azərbaycana əks hücum təşkil etməyə, həmçinin hərbi əməliyyatları ərazilərimizə köçürməyə hazır olduğunu bəyan edir.

Rusiyalı ekspert, Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy Media.Az-a müsahibəsində Qarabağ nizamlanması ətrafında yaranmış vəziyyəti dünyada gedən qlobal proseslərlə əlaqələndirdi.

Aydın məsələdir ki, Ermənistan tərəfinin irəli sürdüyü şərtlər nəzərə alınmaqla danışıqlar prosesinin davam etdirilməsi praktiki olaraq qeyri-mümkündür. Aydındır ki, onlar fəaliyyətlərini Baş naziri Nikol Paşinyanla razılaşdırıblar, çünki Qarabağ separatçılarının lideri indi onun təyin etdiyi Arayik Arutyunyandır. Sadə bir sual verək: nə etməli?

Dünya xaosa doğru yaxınlaşır və belə bir vəziyyətdə Azərbaycanın özünü gücləndirməsi lazımdır. Görün Belarusda, ABŞ-da, Avropada, Cənubi Qafqazda və Yaxın Şərqdə nə baş verir. Almaniyanın Kansleri Angela Merkel Aleksey Navalnının (rusiyalı müxalif siyasətçi - Red.) zəhərlənməsindən danışır, amma onun ölkəsində vətəndaşlar Reyxstaqa (Almaniya parlamentinin binası) hücum edir. Çox nümunələr gətirmək olar. Bütün bunlar vahid prosesdir. Dünya mövcud konfiqurasiyada mövcud ola bilməz.

Bakının, dediyim kimi, bir yolu var - güclü olmaq. Qeyd etmək lazımdır ki, Azərbaycandakı dövlət quruculuğu postsovet məkanında siyasi və iqtisadi sabitlik baxımından ən uğurlu layihələrindən biridir. Elə bir an gələcək ki, bəlkə də döyüşməyə ehtiyac qalmayacaq. Ən güclülər qalacaq.

Ermənistanda isə vəziyyət bir o qədər də yaxşı deyil. İqtisadi bir layihə olaraq bu ölkənin çox zəif olduğu ortaya çıxdı. Hakimiyyət dəyişikliyi (2018-ci ildə - Red.) yaxşılaşmağa doğru deyil, əksinə vəziyyətin pisləşməsinə gətirib çıxardı. Müəyyən bir anda onlar nəinki Qarabağ, heç öz ərazilərinə nəzarət edə bilməyəcəklər.

Bəzi rusiyalı ekspertlər Azərbaycan və Ermənistanı təkbətək qoymağı təklif etdilər...

Bəli, müxtəlif analitiklər illərdir bu barədə danışırlar. Lakin tərəfləri "təkbətək" buraxmaq mümkün olmayacaq. Xarici amillər həddindən artıq çoxdur. Mən başa düşürəm ki, siz münaqişənin hərbi yolla həllini nəzərdə tutursunuz. Amma, mənə elə gəlir ki, müharibəsiz də keçinmək mümkündür, bir az gözləmək kifayətdir.

Yəni "alma özü ağacdan düşəcək"?

Bəli və çox gözləməyə ehtiyac qalmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1903   Tarix: 17 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edib. xəbər verir ki, dövlət başçısı müraciətində Azərbaycan xalqını və Silahlı Qüvvələri Zəfər Günü münasibətilə təbrik edib, Vətən müharibəsində şəhid olmu

8 noyabr
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

8 noyabr
.

"Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind

8 noyabr
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat

8 noyabr
.

Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. B

8 noyabr
.

Prezident: "Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"

"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Ermənistanın işğal edilmiş ərazilərdə bir neçə istehkam, bəzi yerlərd

8 noyabr
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırlada

8 noyabr
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

8 noyabr
.

Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib

8 noyabr