Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI

Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHIBu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq. Sentyabrın 25-nə kimi isə ali məktəbə qəbul olunanların adları açıqlanacaq.
Şübhəsiz ki, bu il də dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul olunacaq bəzi tələbələr təhsil haqqından azad olunacaqlar. Bəs onlar kimlərdi?

Sonxeber.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov təhsil haqqını ödəməkdən azad olunan şəxslərin siyahısınə dərc edib.

Siyahını diqqətinizə çatdırırıq:

1. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu (3 sentyabr 1993-cü il tarixli 697 nömrəli) Şəhid ailəsi statusunu almış ailənin üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatda - Azərbaycan Milli Elmlər Akademiyasında ödənişli formada təhsil aldıqda təhsil haqqını ödəməkdən azad olunurlar.

2. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli) Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın - Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi elmi təşkilatın - Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

3. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasəviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

4. "I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

5. "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarı Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

1. ünvanlı dövlət sosial yardımı alanlar;
2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlil olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanlar.(modern.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4976   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

7 may
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may
.

Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - FOTO/VİDEO

32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər rayonunun Şəhidlər xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir. Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunu

7 may
.

Əhməd Cavadın nəticəsi: "Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!"

"Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sove

6 may
.

Ən yüksək pensiya verilən ölkələr - SİYAHI

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. xarici mətbuata istinadən bildirir ki, ən yüksək pensiyalar yüksək həyat səviyyəsi və yaxşı işləyən sosial təminat sistemi olan inkişaf etmi

7 may
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

6 may