Tovuz döyüşləri yenidən başlayır? - Deputatdan AÇIQLAMA
Erməni ordusu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribata əl atıb. Nəticədə də Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov şəhid olub.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistan dövləti təxribatlarından əl çəkmək istəmir, işğalçı siyasətini davam etdirir:
"Düşmənin bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı bunun bariz sübutudur. Qeyd edim ki, bu təxribat gözləniləndir. Çünki ermənilərin işğal olunmuş ərazilərimizə terrorçu qruplaşmalarını toplaması onların müharibəyə hazırlaşdıqlarının göstəricisi idi. Təəssüf ki, beynəlxalq təşkilatlar hələ də ermənilərin işğalçı siyasətini davam etdirməsinə susur. Bu da onların apardıqları ikili münasibətin bariz nümunəsidir".
Deputat qeyd edib ki, ermənilərin bu təxribatlarının arxasında əslində qorxuları dayanır:
"Yəni ermənilərin Azərbaycan ordusundan qorxması heç kəs üçün sirr deyil. Əslində Nikol Paşinyan bu təxribatları ilə "güc şousu" göstərərək hakimiyyətinin ömrünü uzatmağa çalşır. Çünki yaxşı bilir ki, ölkə daxilindəki iqtisadi, siyasi, sosial böhran tezliklə erməni xalqının yenidən ayağa qalxmasına və dövlət çevrilişinə səbəb olacaq. Məhz ona görə də Paşinyan erməni vətəndaşlarının fikirlərini cəbhə bölgəsinə yönəltmək üçün Dağlıq Qarabağ "kart"ından istifadə edir. Əslində danışıqların uzanması və status-kvonun saxlanılması Ermənitan rəhbərliyinə sərf edir. Çünki mövcud vəziyyətdən onlar ölkədaxili problemlərdən insanların fikirini yayındırmaq üçün istifadə edirlər.
Ermənistanın törətdiyi hər bir təxribatın cavabı Azərbaycan ordusu tərəfindən sərt şəkildə verilməkdədir. Bu gün ermənilər onlara silah daşıyanlara və himayə edənlərə arxayın olaraq bu təxribatçı addımları atırlar. Lakin Ermənistan rəhbərliyi unudur ki, bu təxribatçı addımlarla onlar öz sonlarını gətirirlər. Çünki bu gün Azərbaycan dövləti və ordusu 90-cı illərin əvvələrində olduğu kimi gücsüz və sahibsiz deyil. Bu, Azərbaycan dövlətinin və ordusunun cənab İlham Əliyev kimi dövlət başçısı və Ali Baş Komandanı var. Düşünürəm ki, ermənilərin Tovuz istiqamətində davam etdirdiyi təxribatlar növbəti Tovuz döyüşlərinə səbəb olacaq. Nəticədə də Ermənistan ordusu növbəti biabırçı məğlubiyyətini yaşayacaq. Hazırda ermənilər onları himayə edənlərin arxasında gizlənərək öz aləmində müharibə oyununu oynayırlar. Lakin onlar unudurlar ki, bu müharibə oyunu Ermənistanın dövlət kimi xəritədən silinməsinə səbəb ola bilər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
Qızıl bazarında son vəziyyət
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Xankəndi Stadionu açıldı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi