"Hər an düşmən təxribata əl ata və atəşkəsi poza bilər" - Deputatdan AÇIQLAMA

"Hər an düşmən təxribata əl ata və atəşkəsi poza bilər" - Deputatdan AÇIQLAMAİki gündür ki, Ermənistan ordusu Azərbaycanla cəbhə bölgəsinin Tovuz istiqamətində təxribatlarını davam edir. Sentyabrın 21-də Tovuz istiqamətində törədilən növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun bir hərbi quluqçusu şəhid olub. Təxribatlar davam edərsə, Azərbaycan-Ermənistan arasında ikinci Qarabağ müharibəsi başlaya bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, son dövrlər Ermənistan Azərbaycana qarşı müxtəlif təxribatlara əl atır:

"Cəbhənin həm Ermənistanla sərhədində, həm də Dağlıq Qarabağ bölgəsində ermənilər təxribatlarını davam etdirirlər. Bu təxribatlar gah Dağlıq Qarabağ bölgəsində seçkilər keçirilməklə, gah da qeyri-qanunu məskunlaşdırma siyasəti ilə aparılır. Eyni zamanda Baş nazir, qondarma rejimin rəhbərliyi Azərbaycana qarşı sərsəm 7 şərt irəli sürüb. Davamlı olaraq Ermənistan xüsusilə Azərbaycanla Tovuz istiqamətində təxribatlara əl atır. Bunun da səbəbi var. Ermənistan rəhbərliyi sadəcə daxildəki gərginlikdən fikri yayındırmağa çalışır. Bu, Ermənistanın döyüş əhval-ruhiyyəsini qaldırmaq istiqamətində növbəti cəhdidir. Belə təxribatların qarşısını almağa ordumuz tam hazırdır və geniş imkanları var. Dövlətin niyyəti qətidir və bu istiqamətdə bütün addımlar atılır".
Deputat qeyd edib ki, hər an düşmən təxribata əl ata və atəşkəsi poza bilər:

"Ona görə də ayıq-sayıq olmalıyıq. Ermənistanın sentyabrın 21-də törətdiyi növbəti təxribatı nəticəsində ordumuzun daha bir hərbçisi şəhid oldu. Bütün bunlar onu göstərir ki, Ermənistan bu təxribatları davamlı etməyə qərarlıdır. Azərbaycan uzun müddətdir ki, Ermənistanla danışıqlar aparsa da, görünən odur ki, ermənilər təxribatları dayandırmaq fikrində deyillər. Artıq bu onlar üçün xarakterik hal alıbdır. Ermənistandan hər şey gözləmək olar. Amma onu da qeyd edim ki, Azərbaycan ordusu bütün təxribatların qarşısını almağa tam hazırdır. Ermənistanın bütün təxribatlarının qarşısı tam qətiyyətlə alınacaq. Azərbaycan torpaqlarının itkisi ilə heç vaxt barışmayacaq. Azərbaycan heç vaxt torpaqlarının itkisi ilə barışmayacaq. Bu gün baş verənlər onu bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün lazım olan addımları atacaq.

Ermənistan da anlamalıdır ki, Azərbaycan işğalla barışmayacaq, bütün potensialından istifadə edərək torpaqlarını işağldan azad edəcək. Azərbaycan bir qarış torpağını da ermənilərdə qoymayacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10455   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr