Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyanəvisimiz haqda maraqlı faktlar

Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyanəvisimiz haqda maraqlı faktlarBu gün Azərbaycan komediyasının unudulmaz isimlərindən olan yazıçı, dramaturq Sabit Rəhmanın anım günüdür. 26 mart 2020-ci il tarixi yazıçının 110 illik yubileyidir. Kulis.az bu münasibətlə Sabit Rəhman haqqında maraqlı faktları təqdim edir.

Sabit Rəhman 1910-cu ilin 26 martında Şəki şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra Bakıda A.Şaiq adına nümunə məktəbində oxuyub, sonra Bakı Darülmüəlliminə köçürülüb. (1924)

Sabit Rəhmana Hüseyn Cavid, Abdulla Şaiq kimi sənətkarlar dərs deyib. Məktəbi bitirdikdən sonra yenidən Şəkiyə qayıdaraq vaxtilə oxuduğu zəhmət məktəbinə müəllim təyin olunub.

Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında Şeyx Samit imzası ilə dərc etdiyi felyetonlarla başlayıb.

İlk hekayələr məcmuəsi – "Pozğun" 1931-ci ildə dərc olunub.

Sabit Rəhman ssenarist kimi Azərbaycan komediyasının banisi sayılır. O, dünyaca məşhur "Arşın mal alan", "O olmasın, bu olsun", "Əhməd haradadır?" filmlərinin, "Ulduz" musiqili komediyasının ssenarilərinin, "Yeddi gözəl" baletinin librettosunun müəllifidir. 50-dən çox hekayə, "Vəfasız", "Son faciə", "Arzular" povestlərini, "Nina", "Böyük günlər" romanlarını yazıb.

"Arşın mal alan" filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəyov Sabit Rəhmana deyir:

"Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən".

Sabit Rəhman Mirzə Cəlil haqqında yazdığı xatirəsində qeyd edir ki, onlar Şəkidə olarkən bir gün tanınmış yazıçının Şəkidən keçərək Zaqatalada oxuyan qızının yanına gedəcəyini eşidirlər:

"Maşın keçmiş karvansarayın həyətində dayanan kimi biz tez sərnişinləri gözdən keçirməyə başladıq.

Mən yoldaşlarıma Mirzə Cəlili bir neçə dəfə gördüyümü söyləmişdim. Ancaq əslində mən onun özünü yox şəklini görmüşdüm. Mən girdəüz, şiş bığları yuxarı qaldırılmış bir gənc sifət axtarırdım. ( Cəlil Məmmədquluzadənin təxminən 1910-1911-ci illərdə çəkdirdiyi şəkil belədir) Ancaq belə adam yox idi. Arxada saçlarına dən düşmüş uzunpapaq qoca bir kişi oturmuşdu. Hamı düşdüyü halda bu adam düşmürdü. Mən o adama müraciət edərək soruşdum:

- Bağışlayın, sizinlə gələn sərnişinlərin arasında Cəlil Məmmədquluzadə yoxdur ki?

O adam məni mehriban gözlərlə süzüb, utancaq bir halda dedi:

- Cəlil Məmmədquluzadə mənəm".

Sabit Rəhman Mirzə Cəlilin avtobusdan enmədiyini gördükdə dostları ilə hiyləyə əl atır, avtoğazalın müdirini dilə tutaraq avtobusun xarab olduğunu elan edirlər. Bundan sonra Mirzə Cəlil də çarəsiz avtobusdan düşərək Sabit Rəhmangilə qoşulur.

Sabit Rəhman xatirələrindən birində qardaşının onu şilləylə vurmağından danışır. Döyülməsinə səbəb isə, nə qədər qəribə səslənsə də, rus yazıçısı Anton Çexov olub:

"Bir gün qardaşım məktəbdə olduğu zaman yenə öz sevimli işimlə məşğul olmağa başladım və kitablardan birini vərəqləyəndə nə təhər oldusa, çeşməkli və saqqallı bir kişinin şəklinə baxanda qardaşım gəlib çıxdı, şəkli əlimdən aldı və boynumun ardına bir şillə vurdu.

Anam o biri otaqdan:
-Ay balam, o uşağı niyə vurursan? – sualına qardaşım acıqlı-acıqlı cavab verdi:
-Çexovun şəklini cırıb.
Qardaşım məni çox istəyərdi və heç bir zaman döyməzdi. Ona görə də o zaman mən təəccüb eləmişdim ki, bu Çexov nə qiymətli adamdır ki, onun şəklinin üstündə əziz qardaşım mənə əl qaldırdı?"

Mikayıl Müşfiqlə, Rəsul Rza ilə yaxın dost olublar.

Müşfiq barədə yazdığı məqalədə o günləri belə xatırlayır:

"Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən Dağlı məhəlləsində yaşadığım müddətdə, demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşfiq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi.

Mənim dünəndən qalma boyat, yavan çörəyim və dişləmə çayım ona halva kimi şirin gəlirdi. Qarşılıqlı atmacalarla yeyib-içərdik".

Şəki Dram Teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə var.

O, bəstəkar Emin Sabitoğlunun atasıdır.

1970-ci ilin 23 sentyabrında teatrda "Küləklər" komediyasının məşqləri gedərkən, özü 60 illik yubileyinə hazırlaşırmış. "Küləklər" komediyasını görmək ona nəsib olmur. Saat 3:15-də vəfat edir. Saatı da həmin dəqiqə dayanır...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3911   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Behin məbləğindən asılı olmayaraq, beh haqqında razılaşma yazılı formada bağlanmalıdır" - AÇIQLAMA

"Beh öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Beh anlayışı Mülki Məcəllənin 491-ci maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlə

19 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr