Dünya 2036-cı ildə

Dünya 2036-cı ildəİnsan orqanlarını çap edən "3D" printerlər, dövriyyədən tamamilə çıxarılmış kağız pullar və pitsa çatdıran dronlar… ABŞ-da keçirilmiş sorğunun iştirakçıları 20 il sonra dünyanı məhz belə təsəvvür edirlər. ABŞ sakinləri, həmçinin 2036-cı il üçün dünya ilə bağlı öz proqnozlarını bölüşüb.

Pitsa çatdıran pilotsuz uçan aparatlar

Məsələn, "Amazon" şirkəti 3 üç il bundan əvvəl bağlamaların hava ilə 30 dəqiqə müddətində çatdırılması üçün "Prime Air" xidmətini sınaqdan keçirməyə başlamışdı.

2-3 il sonra evin qapısı önündə "hava" kuryerlərini gözləmək mümkün olacaq. İndiki qaydalar pilotsuz təyyarələrin kommersiya istifadəsini qadağan edir, ancaq ABŞ Federal Mülki Aviasiya İdarəsi artıq sözügedən qanunun yumşalması üzərində işləyir.

Sürücüsüz maşınlar dövrü yaxınlaşır

Amerikalıların 66%-i hesab edir ki, 2036-cı ilə süni intellektlə təchiz edilmiş maşınlar dövrü artıq real olacaq. "Google", "Uber", "Apple", "Tesla" və Çinin "Baidu" şirkəti kimi İT nəhəngləri sürücüsüz avtomobillərin hazırlanması üzərində çalışırlar.

"Business Insider" nəşrinin qiymətləndirməsinə görə, 2020-ci ildə artıq 10 milyon sürücüsüz maşın yollarda hərəkət edəcək. "Ağıllı" avtomobilin dəyərinin azalması, həmçinin sürücüsüz nəqliyyatın tətbiqini nizama salan qanunların qəbulu bu bazarın inkişafını təmin edəcək.

Biohakinqin inkişafı

Amerikalıların 49%-i belə düşünür ki, küçədə öz dərisinin altına kommunikasiya çipi qurmuş insana rast gəlmək adi hala çevriləcək. Biohakinq elektronikanın implantasiyası yolu ilə insan bədəninin modernləşdirilməsidir, son illərdə populyarlaşır, ancaq hələ ki çox az sayda insan öz orqanizminə dəyişiklik etməyə risk edir.

ABŞ Transhumanizm Partiyasının lideri İştvan Zoltan bu istiqamətin ən parlaq nümayəndəsi sayılır. O, insan təbiətinin yaxşılaşdırılması üçün elmi-texniki irəliləyişin tətbiqini bəyənir. ABŞ prezidentliyinə namizəd olan Zoltanın əlinə qurulmuş "RFID" ("Radio Frequency Identification") çipi ona qapıları açarsız açmağa imkan verir.

Kağız pullar yoxa çıxacaq

Rəyi soruşulanların 69%-i əmindir ki, nağdsız ödəniş texnologiyaları kağız pulları tamamilə məhv edəcək. Smartfonun köməyi ilə alış-verişin haqqını ödəməyə imkan verən "Apple Pay", "Square", "Samsung Pay" və "Android Pay" ödəmə xidmətləri inkişaf edir.

Elektron ödəniş texnologiyasının aktiv tərəfdarları informasiya texnologiyaları dövründə böyüyən və öz həyatlarını smartfonsuz təsəvvür etməyən nəsildir. Ekspertlərin proqnozuna əsasən, 2016-cı ilin nəticəsinə əsasən, mobil ödənişlərin ümumi həcmi 210% artacaq.

İlk klounlaşdırılmış insan

Amerikalılar belə düşünürlər ki, 2036-cı ildə ilk klounlaşdırılmış insan "dünyaya gələcək". Hələ ki insanın genetik "kopyalanması" ilə bağlı heç bir hadisə qeydə alınmayıb, ancaq alimlər başqa məməlilərin kloununu uğurla yaratmağa davam edirlər. Məsələn, Cənubi Koreyada 100 min dollar məbləğinə itin (istənilən ölçü, yaş və cinsdə) klounlaşdırılması xidmətini təklif edən klinika fəaliyyət göstərir.
ABŞ Milli İnsan Genomu İnstitutunun alimləri bildiriblər ki, başqa varlıqlarla müqayisədə insanı klounlaşdırmaq texniki nöqteyi-nəzərdən daha mürəkkəbdir. Hətta əgər belə texnologiya peyda olsa belə, çətin ki, mənəvi-etik, dini və hüquq nöqteyi-nəzərindən geniş tətbiq olunsun.

Həkimə virtual ziyarət

Amerikalıların 65%-nin proqnozuna əsasən, 2036-cı ildə insanlar həkimlərə virtual ziyarət etməyə başlayacaqlar. Artıq bu gün ABŞ-da bir çox klinikalar telefon, elektron poçt və veb-kamera ilə tibbi konsultasiyalar təklif edərək distant xidməti təcrübədən keçirir. 20 il sonra isə pasiyentlər virtual reallıq eynəyi taxaraq həkimin qəbulunda olacaq.

Çap edilmiş insan orqanları

Respondentlərin 54%-nin fikrincə, "3D" çap texnologiyaları insan orqanlarının çapını reallığa çevirəcək dərəcədə təkmilləşdiriləcək. Canlı orqanizmin hüceyrələri "3D" printerdə "mürəkkəb" qismində istifadə ediləcək və printerlər lazımi ölçüdə orqanı yaradacaq. Ueyk Forest Universitetinin biomühəndisləri artıq heyvanlar üzərində laboratoriya şəraitində süni "böyüdülmüş" dəri, qulaq, sümük və əzələlərin implantasiyası ilə bağlı əməliyyat keçirirlər.

İnternetə çıxışı olan geyim

ABŞ sakinlərinin 58%-i hesab edir ki, 20 il sonra geyimlər internetə çıxışa malik olacaq.

Korporasiyalarda işləyəcək robotlar

Rəyi soruşulanların 39%-i əmindir ki, yaxın gələcəkdə süni intellektlə təchiz edilmiş robotlar böyük şirkətlərdə işləyəcək. Həm də belə robotlar adi işçi kimi deyil, rəhbər vəzifədə işləyəcək və özü müstəqil qərarlar qəbul edəcək.

Aeroportdan kosmosa uçmaq reallaşacaq

Amerikalıların 45%-nin proqnozuna görə, 2036-cı ildə birbaşa aeroportdan kosmosa uçmaq mümkün olacaq. ABŞ-da Elon Maskın rəhbərlik etdiyi "SpaceX" özəl şirkəti kommersiya kosmik daşımalarını həyata keçirir. 2016-cı ildə "SpaceX" şirkəti ilk dəfə "Falcon 9" raketinin birinci pilləsini okeanda qurulmuş platformaya endirməyə nail olub ki, bu da gələcəkdə kosmik uçuşların dəyərini xeyli azaltmağa imkan verəcək.

Süni intellektlə görüş

Amerikalı respondentlərin 35%-i hesab edir ki, 2036-cı ildə virtual oğlan dostları və rəfiqələri ilə görüşlər adi hala çevriləcək. Rəyi soruşulanların 33%-i proqnozlaşdırır ki, çat botlar və süni intellekt nə vaxtsa insanla canlı ünsiyyəti əvəz edəcək.(metbuat.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3615   Tarix: 01 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəstəxanada dava: müayinə üçün gedən həkim həmkarına hücum etdi

Türkiyədə Giresun Təhsil və Araşdırma Xəstəxanasına müayinə üçün gələn həkim ona baxılmadığını əsas gətirərək başqa həkimlə mübahisə edib. xarici mediaya istinadən xəbəır verir ki, mübahisə davaya çevrilib. Həkimlər bir-birindən şikayətləniblər. Hadisə aprelin 30-da şəhər mərkəzində yerləşən Giresu

3 may
.

Dəhşət! Uşaqlara aid cinsi məzmunlu şəkillərini saytlara yükləyirlərmiş - 156 nəfər...

Türkiyədə saytlara uşaqlara məxsus cinsi məzmunlu materialları yükləyən şəxslər saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə keçirilən əməliyyat tədbirləri nəticəsində kompüterə uşaqlara məxsus seksual xarakterli materialların yükləyən 156 şübhəli saxlanılıb. Təhlükəsizlik Baş İdarəsini

3 may
.

Qonşusunun 12 yaşlı uşağına cinsi zorakılıq etdi

Türkiyənin İzmir şəhərində qonşusunun 12 yaşlı uşağı cinsi istismar edən şəxs həbs olunub. xarici mediaya istinadən xəbər verir ki,12 yaşlı uşaqlarının cinsi istismara məruz qaldığı iddia edilən ailə polisə müraciət edib. Polis həmin şəxsi qısa müddət ərzində saxlayıb. 3-cü Ağır Cəza Məhkəməsinin apellyasiy

1 may
.

Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı

Rusiyanın Leninqrad vilayətinin Murino şəhərində 68 yaşlı təqaüdçü mələfə ilə örtülü kişi meyiti tapıb. yerli KİV-ə istinadla bildirir ki, qadın polisə zəng edərək 22 saylı evin eyvanında naməlum kişini tapdığını bildirib. Hadisə yerinə gələn müstəntiqlər meyitin üzərində çoxsaylı bıçaq xəsarətləri v

2 may
.

Rusiyalı turist oteldə ölü tapıldı

Türkiyədə turist ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Antalya şəhərində Dimitri Tsıqanov adlı 61 yaşlı rusiyalı turist oteldə ölü tapılıb. Mehmanxanada qalan 61 yaşlı Dimitri Tsıqanovun hərəkətsiz vəziyyətdə olduğunu və besedkada stulda oturduğunu görən işçilər həkimlərdən kömək istəyiblər

2 may
.

Qırğızıstanda DƏHŞƏT - Dondurma maşını uşaqların üstündən keçdi - 18 yaralı - VİDEO

Qırğızıstanda açıq havada "Manas" dastanını ifa edən 29 məktəblini dondurma maşını vurub. Yeddi nəfər reanimasiyadadır. xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, fciə rayonun Suzak kəndində baş verib. "Porter" markalı yük maşını qəflətə

2 may
.

Sərxoş ər-arvad evdə donub öldü

Rusiyanın Nijni Novqorod vilayətində evli cütlük sərxoş halda donaraq ölüb. yerli KİV-ə istinadla bldirir ki, hadisə Boqorodski rayonunun Şuklino kəndində baş verib. Bir neçə gün əvvəl qohumları təqaüdçülərlə telefonla əlaqə saxlaya bilmədiyindən, onların vəziyyətini yoxlamağa gedib. O, evdə iki meyit

2 may
.

İnsan böyrəyindən çıxarılan ən böyük daş: Buna görə məşhur oldu

Bəzən insanlar istəmədən rekordçu ola bilirlər, yəni Ginnesin Rekordlar Kitabına düşmək üçün demək olar ki, heç nə etmirlər. xarici KİV-ə istinadən xəbər verir ki, Şri-Lankada yaşayan 62 yaşlı Kanistus Kunhe də oxşar vəziyyətlə üzləşib. Kişi kömək üçün həkimlərə müraciət edib, əməliyyatdan sonra ayılı

2 may
.

Müəllim qız sagirdlərə sataşdı: Valideynlər polisə müraciət etdi

Türkiyənin Elazığ şəhərində müəllim qız şagirlərə cinsi zorakılıq etdiyi iddiası polis tərəfindən saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, saxlanılan müəllim məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib. Orta məktəbdə müəllim işləyən kişi məktəbdə bəzi qız şagirdlərə sataşdığ

2 may