Danimarkada yaşayan azərbaycanlılar Gəncə terroru əleyhinə aksiya keçirdi
Danimarkada yaşayan azərbaycanlılar Kophenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı "Radhuspladsen" meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.
Bu barədə Sonxeber.az-a Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Soydaşlarımızın təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının nümayəndələri də iştirak edib.
Aksiyada Kopenhagen Universitetinin professoru, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri Məsud Aşina, Vətən Cəmiyyətinin rəhbəri Səfər Sadiqi, hüquqşunas Emil İgidov, Aytac İmanova, Leyla Hüseynova, Skandinaviya Türk Federasyonları başkanı İlhan Esen, Türkiyənin Danimardakı səfiri Üğur Kənan İpək çıxış edərək Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Gəncə terroru barədə danışıb, dünya ictimaiyyətini günahsız uşaqların ölümünə biganə qalmamağa səsləyiblər.
Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində isti yataqlarında yatarkən qətlə yetirilən məsum körpələrin xatirəsini yad etmək üçün meydana rəmzi olaraq uşaq yataqları düzülüb. Yataqların üzərində şamlar yandırılıb, oyuncaqlar və gül dəstələri qoyulub.
Azərbaycan,Türkiyə və Danimarka bayraqlarının dalğalandığı meydanda Azərbaycan Respublikasının Dövlət Himni oxunub, müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə zonası deyil!", "Erməni terrorçuluğuna son qoy!", "Uşaq ölümünə son qoy!", "Biz terrora yox deyirik", "İşğalçı dövləti dəstəkləməyin!", "Ermənistan, BMT qətnamələrinə əməl et!" kimi şüarlar səsləndirilib.



Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 1186 Tarix: 25 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Misirin aparıcı "Al Ahram" qəzetinə müsahibə verib.. . Sonxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə H.Hacıyev öz "Twitter" səhifəsində yazıb.. . Prezidenti
25 oktyabr 2020Prezidentdən ordumuzda muzdluların döyüşməsi iddialarına SƏRT REAKSİYA
"Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər.. . Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələ
25 oktyabr 2020Ali Baş Komandan: "Biz onların altı ədəd "S-300"ünü məhv etmişik"
"Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında.. . Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücu
25 oktyabr 2020Prezident: "Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur"
"Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiy
25 oktyabr 2020Dövlət başçısı: "Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur"
"Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb".. . Sonxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News"
25 oktyabr 2020