Bayrağı əyninə geyinənlərə Flora Kərimovadan SƏRT MÜNASİBƏT

Bayrağı əyninə geyinənlərə Flora Kərimovadan SƏRT MÜNASİBƏTÜçrəngli bayraq! İndi Vətənin ən uca zirvələrində dalğalanırsan! Uğrunda neçə-neçə oğulların şəhid və qazi oldu, canından, qanından keçdi. Sənə bürünüb Vətən torpağında uyumaq şərəfini seçdi. Vətənpərvərliyini şəhadəti, qaziliyi ilə göstərdi…

Bəs onda bəzilərimiz Şuşa qalasında dalğalanan, şəhid məzarlarına dikilən bayrağımızı niyə əynimizə geyinirik? Bununla hansı vətənpərvərlik nümunəsi göstərməyə çalışırıq? Niyə sənət adamları, müğənnilər bayrağımıza belə bir münasibət göstərirlər?

Sonxeber.az Konkret.az-a istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova bununla bağlı sərt fikirlərini bildirib: "Bu, ciddi problemdir. Və məni çox narahat edir. Onları başa salın ki, ayıbdır. Bayraq namusdur, qeyrətdir, şəhidlərimizin qanıdır, şəhid analarının göz yaşıdır. Bayraqdan bu şəkildə istifadə etmək olmaz. Guya xoşa gəlmək, vətənpərvər olmaq istəyirlər. Amma bu, vətənpərvərlik deyil. Bəzi-bəzi insanlar "vətənpərvərlik" edib belə ucuz şeylərə əl uzadanda düşünürəm ki, bir erməni gülləsinin səsini eşitsəydilər, bilmirəm, hansı yerə soxular, ya da göyə dırmaşardılar. Yəni kimlərəsə xoş gəlmək, gələcəkdə ad almaq, özünü gözə soxmaq üçün bayrağı ucuzlaşdırmaq olmaz! Vətənpərvərlik karyera mənbəyi deyil, evə gətirilən çörək deyil. Vətənpərvərlik ləyaqətdir. O, Allahdan ya verilir, ya da verilmir.

"Bir də görürsən, kipriklərinə o qədər tuş vururlar ki, hər kipriyi ox boyda olur, başlayırlar vətənpərvərlikdən danışmağa, oxumağa. Üz-gözünü, saçını bəzəyib-düzəyib şəhidlər haqqında oxumaq, danışmaq olmaz. Bəziləri bəlkə cavandır, başa düşmür belə şeyləri. Amma onlara yumşaq başa salmaq lazımdır ki, əyinlərinə geyindikləri bayraq şəkilli paltarla hər yerə gedə bilməzsən".

Bayrağı geyim kimi, ümumiyyətlə, istifadə etmək olmaz. Xüsusən də əndamlı qadınların buna əl atması çox biabırçıdır. Bütün əzaları bayraq formalı geyimlə vulqar görünür, üstəlik, əllərini də bellərinə qoyub poza verəndə ikrah doğururlar. Üzlərinə də ki, aşırı kosmetikadan baxmaq olmur.

Mən həmişə demişəm ki, vətənpərvərlik ürəklə sevib, Vətəni ağılla qorumaqdır. Bir vətənpərvərin ki, ağlı topuğundadır, belə şeyləri başa düşmür və belə şeyləri edəndə özü kimilər ondan nümunə götürür, onlar da bir-biri ilə yarışa girir, bu, artıq mənəviyyatsızlıqdır. Belə olan halda Vətənin mənası da cılızlaşır, hər şey mənasını itirir. Belələrinin hərəkətləri özündən, eqoistliyindən, hədəfindən, hədəfə gedən yolundan başqa heç nə aşılamır və başqalarına yalnız tərbiyəsizlik dərsi verir.

Bir söz deyəndə də belələri demokratiyanı əsas gətirirlər. Məgər demokratiya əlcəkdir ki, beş barmağını da içinə salasan. Demokratiyadan əvvəl mənəviyyat əsasdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1707   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

1 may
.

BDU-nun tələbəsi qəzada öldü - FOTO

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. BDU-nun mətbuat xidmətindən -a verilən məlumata görə, Murad Şəmistan oğlu Məmmədov Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ağstafad

1 may
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

1 may
.

"McDonald's Azərbaycan" internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTO

Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya üçün həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb. Belə layihələrdən biri də "McDonald’s Azərbaycan"ın "Care Group" ilə birgə həyata keçirdiyi "Eco-Ambassadors" təşəbbüsüdür

1 may
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30 aprel
.

Xırdalandan başqa, hansı ərazilərdə mənzillər UCUZLAŞACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Bu gün isə ən çox maraqlandıran suallardanbir

1 may
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30 aprel
.

Bakı sakini dayanacaqda qarət olundu

Bakıda dayanacaqda oğurluq hadisəsi olub. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə hadisə Nizami rayonu ərazisində baş verib. Dayanacaqda bir nəfər şəxsin içərisində 400 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub

1 may
.

Uşaq evdən 45 min oğurlayıb bağda gizlətdi

Lənkəranda evdən 23 500 dollar (39 950 AZN ) və 500 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşl

1 may