"McDonald's Azərbaycan" internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTO
Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya üçün həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb.
Belə layihələrdən biri də "McDonald’s Azərbaycan"ın "Care Group" ilə birgə həyata keçirdiyi "Eco-Ambassadors" təşəbbüsüdür.
Bu təşəbbüs çərçivəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə aprelin 26-da Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə "McDonald's Azərbaycan" şirkətinin əməkdaşları və 11 saylı inteqrasiya təlimli internat məktəbinin 100 şagirdi iştirak edib.
Aksiya çərçivəsində bir gün ərzində 200-dən çox ağac əkilib ki, bu da ətraf mühitin yaxşılaşdırılmasına mühüm töhfədir.
Bu təşəbbüs gənc nəsildə ətraf mühitə qarşı məsuliyyət hissinin inkişafına yönəlib. Aksiya iştirakçıları təbiətin qorunmasına töhfə verməklə yanaşı, ətraf mühitin mühafizəsinin gələcək nəsillər üçün əhəmiyyəti haqqında dəyərli təcrübə və biliklər əldə ediblər.
İlin sonuna qədər davam edəcək "Eco-Ambassadors" layihəsinin məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması və mühüm ekoloji problemlər haqqında məlumatlılığın artırılmasıdır. Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması və plastik tullantıların idarə olunması üçün konteynerlərin quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması və digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətlər yeniyetmələr arasında xüsusi bacarıqların inkişafına kömək edəcəkdir.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi daim "McDonald’s Azərbaycan" şirkətinin prioritet istiqamətləri sırasında olub və bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər