Azadlığa qovuşan əsir abidəmiz – "Xudavəng"

Azadlığa qovuşan əsir abidəmiz – "Xudavəng"Bu günlərdə zaman bizim üçün qələbəli keçir. 27.09.2020-ci il tarixində başlayan və İkinci Vətən Müharibəsi kimi tarixə düşən 44 günlük şanlı tariximizin nəticəsində illərdir həsrətində olduğumuz torpaqlarımız artıq azaddır.

Otuz ilə yaxındır düşmən tapdağı altında qalan bu torpaqların hər bir qarışının azad edilməsi Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir. Ancaq bu azadlıq təkcə ərazi baxımından əhəmiyyətli deyil, eləcə də mədəni və mənəvi sərvətimiz olan tarixi abidələrimizin də namərd əlindən qurtuluşu deməkdir.

Bildiyiniz kimi, Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. Bu torpaqlarda iki milyon il yaşı olan Azıx mağarası insanların ilk yaşayış məskənlərindn hesab edilir. Bu qədim torpaqlarımız paleolit dövrünün Quruçay mədəniyyəti, Tunc və Dəmir dövrünün Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin yaşayış məskənidir.
Həmçinin müxtəlif dövrlərdə Qarabağ ərazisində fərqli dinlərin mövcud olması insanların ictimai həyatına böyük təsir göstərib. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın mövcudluğu özünü tikinti mədəniyyətində təsdiq edib. Elə bu səbəbdəndir ki, müsəlman dini abidələri ilə yanaşı Ağdamda Govurqala, Kəlbəcərdə Xudavəng, Laçında Ağoğlan və digər alban xristian abidələri də inşa edilib. Lakin vəhşi, terrorçu erməni xisləti mədəniyyət nümunəsi olan tarixi abidələrimizdən də yan keçməyib. Həyatın hər anında vandalizm aktları ilə dəhşətli iz buraxan ermənilər işğal etdikləri torpaqlarda evləri, məhəllələri dağıdıb viran qoymaqla kifayətlənməyib, buradakı tarixi nümunələri də yerlə-yeksan edib, bir qismini isə saxtalaşdırılaraq "erməniləşdiriblər".

Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

Erməni təcavüzünə məruz qalan tarixi abidələrimizin olduğu ən böyük rayonlarımızdan biri də 25 noyabr 2020-ci il tarixində işğaldan azad edilən cənnətməkan guşə Kəlbəcərdir. Belə ki, uzun illər törətdikləri terror az deyilmiş kimi, məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətlərini də həyata keçirib. Ərazini tərk edən ermənilər evlərlə yanaşı meşələri də yandırıblar.

Qeyd edim ki, Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Burada yerləşən ən hündür zirvələri Camışdağ (Murov dağının zirvəsi - 3724 m) və Dəlidağdır (3616 m).

Rayonumuzun Bağlıpəyə kəndi ərazisində tarix-memarlıq abidəsi olan "Xudavəng" (Tanrı məbədi) monastır kompleksi yerləşir. Qafqazın incisi sayılan bu monastır VI-VII əsrlərə aid edilir. Qafqaz Albaniyası süqut etdikdən sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Lakin sonrakı dövrdə knyaz Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparıb, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirib. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunub. Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu bütün tərəflərdən təsdiq edir.
Azadlığa qovuşan əsir abidəmiz – "Xudavəng""Xudavəng" monastırı

Lakin torpaqlarımız işğal edildikdən sonra "Xudavəng" məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qalıb. Belə ki, mənfur düşmən abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox edib. Bununla da tarixi saxtalaşdırmağa cəhd edib. Uzun illərdir onlar bu əsir abidəni erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özününküləşdirərək təbliğat aparırdılar. Hətta monastırın zəngləri, xaç daşları və digər qiymətli əşyaları sökülərək qeyri-qanuni formada Ermənistana aparılıb. Bununla da bəşər tarixinə ləkə olduqlarını təsdiqləyən ermənilər burada dırnaqarası qədim xaç daşları düzəldib, lakin bu işi də keyfiyyətli görə bilmədikləri üçün əməlləri ifşa edilib.

İndi mədəniyyətə olunan bu vəhşilik qarşısında susan, ona qarşı təcavzü görməzdən gələn hər bir "demokratik" qərb ölkəsinə qısa bir xatırlatma edirəm. Bu saxtakarlıqları ilə ermənilər hələ 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını və UNESCO-nun 1970-ci il Konvensiyasını kobud şəkildə pozmuş hesab olunurlar. Belə olan halda, demokratiyadan, insan haqlarından dəm vuranların bu vəhşiliyi hələ də görməzdən gəlmələri sadəcə ironiya doğurur...

Görünən odur ki, 30 ildir özlərini mötəbər təşkilat adlandıran və qəbul etdiyi qətnamələrin heç biri Ermənistan tərəfindən həyata keçirilməyən bu ölkələr susqun mövqelərini hələ çox davam etdirəcəklər. Bizim isə labüd durumda gerçəklərimiz və inandığımız doğrularımız dəyişilməzdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz azad edilmiş hər bir torpağımızı yenidən dirçəldib abadlaşdıracağıq. Ata-babalarımızın olan bu müqəddəs yurd yerimiz bundan sonra öz sahiblərinin himayəsi altında yenidən həyat tapacaq. Min illər sonra da ölkəmin övladları onun üzərində boy atıb, böyüyəcək və şəhid qanı hesabına geri alınan bu torpaqları göz bəbəyi kimi qoruyacaq.

Azadlığın mübarək Vətən! Üçrəngli qibləgahına qovuşduğun tarixin mübarək!

Aydın Tağıyev

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri
Azadlığa qovuşan əsir abidəmiz – "Xudavəng"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2313   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021