Füzuli və Cəbrayıla dəymiş ziyan müəyyənləşdi

Füzuli və Cəbrayıla dəymiş ziyan müəyyənləşdiErmənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib.

O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl və Füzuli rayonlarına dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda Cocuq Mərcanlı kəndində 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma təmirə ehtiyacı var.

Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 348 fərdi evə baxış keçirilib ki, onlardan 12 ev tam olaraq dağıdılıb. Bundan başqa, rayon ərazisində məktəb, inzibati bina və sahibkarlıq subyektlərinə də ziyan dəyib. Ümumilikdə, rayon ərazisində 374 ev və obyektə ziyan dəyib, 6 maşın istifadəyə yarasız vəziyyətə düşüb, 488 ev quşu tələf olub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1049   Tarix: 02 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

1 may
.

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

2024-cü ilin may ayında bir sıra maqnit qasırğaları gözlənilir. -a istinadən xəbər verir ki, ayın əvvəlində orta, sonunda isə daha güclü tufanlar gözlənilir. Geomaqnit qasırğaları rifahınıza, əhvalınıza və ümumi sağlamlığınıza təsir edə bilər. Buna görə də, hava şəraitindən asılı insanlar üçün hans

1 may
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

1 may
.

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

İrəvanda və Tavuşda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə və Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edənlər meydanları boş qoymurlar. Orduda sözügedən istefa halları ilə yanaşı, hərbçilərin etiraz aksiyalarına qoşulma halları var. Ermənistan baş naziri Nikol Paşinyan vəziyyəti ələ almağ

1 may
.

Xırdalandan başqa, hansı ərazilərdə mənzillər UCUZLAŞACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Bu gün isə ən çox maraqlandıran suallardanbir

1 may
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30 aprel
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

1 may
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30 aprel
.

Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar

Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir

1 may