SOCAR Nazirlər Kabinetinin dünənki qərarına aydınlıq gətirdi

SOCAR Nazirlər Kabinetinin dünənki qərarına aydınlıq gətirdi"Azərbaycanda təbii qazın hasilatı ilə təkcə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məşğul olmur. Qazın hasilatı SOCAR, beynəlxalq konsorsiumlar və bir neçə xarici şirkət tərəfindən həyata keçirilir".

Bu barədə "Report"a SOCAR-dan bildirilib.

Məlumata görə, ötən ilin misalında götürsək, SOCAR və əsas payı dövlətə məxsus əməliyyat şirkətləri birlikdə 6,8 milyard kubmetr qaz hasil etdikləri halda, ölkə daxilində 11,5 milyard kubmetr qaz istehlak olunub. Ölkədaxili tələbatı təmin etmək üçün SOCAR hasil etdiyi qazdan əlavə digər hasilatçı şirkətlərdən və konsorsiumlardan qaz həcmlərini alır, öz infrastrukturlarından istifadə edərək emal edir, lazım olduğu təqdirdə anbarlarında saxlayır, magistral kəmərləri vasitəsi ilə daşıyır və müxtəlif istehlakçılara qazın həm topdan, həm pərakəndə satışını təşkil edirdi.

Qeyd edilir ki, qazı topdan alan istehlakçılardan biri SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, digərləri isə SOCAR-a aid olmayan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti və "Azərenerji" ASC-dir. Yəni SOCAR indiyə qədər ölkədə yalnız təbii qaz istehsalçısı kimi deyil, həm də qaz hasil edən şirkətlərlə qazpaylayıcı şəbəkələr arasında bir növ vasitəçi qismində, eləcə də ölkənin ən böyük qazpaylayıcı şəbəkəsinin istismarçısı qismində çıxış edirdi.

Azərbaycan Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 513 N-li qərarı ilə SOCAR-ın indiyə qədər yerinə yetirdiyi funksiyalarından biri, yəni təbii qazın topdan alqı-satqısı "Azərkontrakt" ASC-yə ötürülüb. "Azərkontrakt" ASC gələn ildən etibarən ölkəmizdə təbii qaz hasil edən şirkətlərlə təbii qazı paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edəcək.

"Azərkontrakt" ASC SOCAR, Azərbaycan Beynəlxalq əməliyyat Şirkəti (ABƏŞ), "Şahdəniz" konsorsiumu və digər şirkətlərdən satın aldığı təbii qaz həcmlərini "Azərenerji" ASC-yə, SOCAR-ın "Azəriqaz" İB-nə və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə tələb olunan miqdarda topdan satacaq. Beləliklə, ölkədaxili tələbatın təminatı üçün müvafiq qaz həcmlərinin hasilatçı şirkətlərdən alınması gələn ildən etibarən "Azərkontrakt" ASC-yə həvalə olunub.

SOCAR isə özünə məxsus digər funksiyaları, yəni neft-qaz hasilatı, eləcə də "Azəriqaz" İB vasitəsi ilə qazın birbaşa əhaliyə paylanması və satışını əvvəl olduğu kimi həyata keçirməyə davam edir. Hasilatçılarla paylayıcı qurumlar arasında topdan satış və vasitəçilik funksiyasının "Azərkontrakt" ASC-yə ötürülməsi SOCAR-ın məhz istehsalat fəaliyyəti üzərində fokuslanaraq, öz əsas fəaliyyətinin effektivliyini artırmasına şərait yaradacaq.

Əhali və sənaye kateqoriyasından olan qaz istehlakçıları ilə birbaşa əlaqələrin yaradılması və qazın pərakəndə satışı funksiyaları əvvəl olduğu kimi "Azəriqaz" tərəfindən həyata keçiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1646   Tarix: 29 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021