Xərçəng yaradan tomat pastaları satılır - AZƏRBAYCANDA - FOTO

Bu gün satışda yerli və xarici istehsal olan bir çox tomat pastaları satılır. Bu tomat pastalarının bəzilərində onun tərkibi, yararlılıq müddəti olsa da, bəzilərində bu göstəricilər olmur. Bir sıra tomat pastaları da var ki, onun tərkibinə vurulan maddələr, qida əvəzləyiciləri həddindən artıq olur ki, bu da insan səhhəti üçün zərərlidir. Bu cür zərərli tomat pastalarından biri də Rusiya istehsalı olan "Senyor" və "SSSR" markalı tomat pastalarıdır. Bu pastaların tərkibi xərçəng xəstəliyinə səbəb olur.

Sonxeber.az bildirir ki, musavat-ın mağazalarda apardığı müşahidə zamanı bu təhlükəli məhsullara rast gəlinib.

Rusiyada istehsal olunan "Senyor" və "SSSR" markalı tomat pastası məhsullarının tərkibində pomidorla yanaşı, insan orqanizmi üçün təhlükəli benzoy və sorbat turşuları, şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzonat var. Bu məhsullar xörək hazırlanan zaman temperaturun yüksəlməsi nəticəsində xərçəng yaradan maddəyə çevrilir. Görünür ki, kimlərisə insanların səhhəti yox, ciblərini doldurmaq düşündürür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür tomatların insanları tədricən zəhərlədiyini dedi: "Bu tomat pastalarının istehsalçısının özü etiraf edir ki, məhsula nələri qarışdırıb. Bunu tomat pastasının üzərində qeyd edir. Bütün dünyada, bütün zamanlarda istehsalçılar adətən zərərli qatqıları gizlədirlər. Əgər istehsalçı bu tomat pastalarının üzərində zərərli maddələri qeyd edibsə, demək ki, doğrudan da insan həyatı üçün bu, arzuolunmazdır. Ümumiyyətlə, Azərbaycanda həddindən artıq anormal vəziyyətdir. İstehsal edilən kütləvi konservləşdirilmiş hər bir malın üzərində arzuolunmaz maddələr olur. Lakin onların müəyyən norması olur. Düşünürəm ki, o malların üzərinə normaya uyğun maddələr vurublar. Ancaq o maddələr insanları tədricən zəhərlənməyə məruz qoyur. Dünyanın mübarizə apardığı bir çox qidalar var ki, Səhiyyə Nazirliyi onların satışına icazə verir. Bu tomatların satışına da Səhiyyə Nazirliyi icazə verib. Yəni biznes üçün qurulmuş rahat şəraitdən sui-istifadə olunur və ölkənin əmtəə bazarı sürətlə çirklənir".

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov isə ən yaxşı və zərərsiz tomat pastasının ev üsulu ilə hazırlanmış tomat pastaları olduğunu dedi: "Əvvəllər pomidoru əzib duzlayıb qatılaşdırıb bağlayırdılar. Dədə-babadan belə etmişik və nə qədər desən saxlamaq olurdu. Satışda olan tomatların tərkibinə nələr əlavə etdiklərini bilmirəm. Çünki mən o sahə üzrə mütəxəssis deyiləm. Əgər aldığınız tomat pastası qıcqırıbsa, onu atmaq lazımdır. Onu yenidən qaynadanda ola bilər ki, bəzi mikroblar ölsün. Amma orada kimyəvi maddələr əmələ gəlir. Axı mən o hazır tomatların içərisinə hansı qatqıların vurulduğunu bilmirəm. Ona görə də ola bilər ki, bu tomatlar qıcqıran zaman qaynatmaq kimyəvi maddələrin əmələ gəlməsinə səbəb olsun. Bir vaxtlar pomidordan nə qədər insan zəhərlənib ölmüşdü. Yəni hər şey ola bilər. Ona görə də yaxşı olar ki, xarab olmuş məhsulu yenidən istifadə etməsinlər, atsınlar. Amma dədə-babadan pomidoru əzib və ya əzmədən bağlayıb saxlamağın üsulu var. Onları bankaya yığıb strelizə edib bağlayırlar. Bu pomidorlar illərlə xarab olmadan qalır. Amma zavodlarda bunu necə edirlər bilmirəm. Evdə indi il boyu təzə pomidor olur. Çox adam tomatdan o qədər də istifadə etmir. Məncə, restoranlarda tomatdan çox istifadə etməməlidirlər. Çünki təzə pomidorlar var. Tomat pastasından istifadə etmək gərəkli də deyil. Əvvəllər əti qaxac edirdilər. Bu hələ də bəzi rayonlarımızda qalıb. Əvvəl soyuducu yox idi, indi var. Çalışmaq lazımdır ki, hər şeyin təzəsi yeyilsin. Ev şəraitində bağlanan pomidorun qıcqırıb-qıcqırmaması da evdə onu bağlayan xanımın bacarığından, duzu necə vurmasından asılıdır. Burada həm də pomidorun yetişkənliyi, düzgün əzilməsi də mühüm rol oynayır".

Bu tomatların tərkibindəki zərərli maddələrin insan səhhətinə təsirinə gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybulla bu maddələrin xərçəng xəstəliyinə səbəb olacağını dedi: "Konsegen turşularına aid olan bütün maddələr xərçəng xəstəliyi yarada bilər. Amma bu tomat barədə yayılan xəbərlərin nə dərəcədə reallığı əks etdirdiyini deyə bilmərəm. Əgər belə bir şey varsa, bu müəyyən səviyyədə qaldırılmalıdır və məsul olan qurumlar, epidemioloji mərkəzləri məsələni araşdırmalı, lazımı, ölçü götürməlidirlər. Həmin maddələrin konsorogen olması haqqında birmənalı olaraq deyə bilərəm bu, xərçəngə səbəb olur. Ümumiyyətlə, bir çox qidalara qida əlavəsi qatılır ki, o uzun müddət qalsın. Bu qida əlavələri təhlükəsiz olmalıdır. Yəni qidaya dad, xüsusi rəng verən, onu xarab olmağa qoymayan maddələr qida əlavələridir. Onların keyfiyyət parametrlərinin yüksək olması çox mühüm şərtdir. Ona görə ki, bu maddələrin konsorogen və başqa neqativ təsirləri olmamalıdır".

Qeyd edək ki, mağazadan tomat pastası alarkən onun qapağını açmadan keyfiyyətli və ya keyfiyyətsiz olduğunu müəyyən etmək olar. Əvvəla, tərkibində qatqılar olan tomat məhsulları keyfiyyətli mallarla müqayisədə xarici görkəmləri ilə seçilirlər. Məsələn, zərərli qatqılarla qablaşdırılmış tomatların rəngi bir qədər tünd, qatılığı isə az olur (tərkibindəki quru maddələrin 25 faizdən aşağı olması səbəbindən). Üstəlik, tərkibi nişasta ilə dolu olan tomatların qabını açdıqdan sonra qapağın altında kifə oxşar maye diqqəti cəlb edir. Bu, əslində məhsulun tərkibində nişastanın, qatqı maddələrinin normadan çox olduğunu göstərir.
Xərçəng yaradan tomat pastaları satılır - AZƏRBAYCANDA - FOTOXərçəng yaradan tomat pastaları satılır - AZƏRBAYCANDA - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1764   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021