"Qaçqınkom"dan məcburi köçkünlərin evlərinə qaytarılması ilə bağlı AÇIQLAMA

"Qaçqınkom"dan məcburi köçkünlərin evlərinə qaytarılması ilə bağlı AÇIQLAMAAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı "Dəmir yumruq" əks-həmlə hərbi əməliyyatında – Vətən Müharibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") müxtəlif strukturlarının 13 əməkdaşı iştirak edib.

Komitədən Sonxeber.az-a verilən məlumata görə, hərbi səfərbərlik zamanı könüllü şəkildə Silahlı Qüvvələrimizin sıralarına qoşulan bu cəsur və vətənpərvər gənclərin hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb.

Düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları ilə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Rövşən Rzayev onları qələbə münasibətilə təbrik edib, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirib.

Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığı sevinc və qürur hissi ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərirlər. Bu kateqoriyalara aid vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir. Vurğulanıb ki, komitənin sifarişi ilə inşa edilmiş yeni yaşayış sahələrinin şəhid ailələrinə verilməsi barədə ölkə rəhbərinin qərarını məcburi köçkünlər rəğbətlə qarşılayıblar. Onlar tezliklə bərpa ediləcək, yenidən qurulacaq doğma yurd yerlərinə qayıdacaqlar, ata-baba torpaqlarında yeni həyata başlayacaqlar.

Komitənin müharibədə iştirak edən əməkdaşlarının hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsinin kollektivdə qürur və iftixar hissi doğurduğu qeyd edilib.

Görüşdə Vətən Müharibəsi iştirakçıları Nicat Cəlilova, Əli Həbibzadəyə, Toğrul Əliyevə, Eyvaz Novruzova, Ömür Mehdiliyə, İlqar Quliyevə, Bayram Vəliyevə, Mübariz Əliyevə, Elşən Vəliyarzadəyə, Arif Abbasova, Elşad Şirinova, Zamiq Cəfərova, Elxan Xankişiyeva, həmçinin arxa cəbhədə göstərdikləri xidmətlərə görə 5 nəfərə - komitə sədrinin müşaviri Nəsimi Nərimanova, Miqrasiya, məskunlaşma, status və sosial təminat şöbəsinin müdir müavini Xəyyam Hüseynova, Füzuli rayon sektorunun müdiri Elmir Allahyarova, Tərtər rayon sektorunun müdiri Möhlət Nəzərova, Mənzil-İstismar Departamentinin direktor müavini Azər Eminova komitə rəhbərliyi tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

Vətən Müharibəsində ön və arxa cəbhələrdə fədakarlıq göstərən komitə əməkdaşları dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, doğma Qarabağın dirçəlişi, xalqımızın rifahı naminə bundan sonra da böyük məsuliyyətlə çalışacaqlarına bildiriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6236   Tarix: 21 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel