Çəkilişlərdə Amaliya Pənahova çayda boğuldu – Məşhur filmin pərdəarxası

Çəkilişlərdə Amaliya Pənahova çayda boğuldu – Məşhur filmin pərdəarxasıSonxeber.az kulis.az-a istinadən "Gözlə məni" bədii filminin təhlilini təqdim edir.

"Gözlə məni" filmini rejissor Kamil Rüstəmbəyov İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında 1980-ci ildə ekranlaşdırılıb.

Süjetə görə hadisələr 1920-ci ilin yaz aylarında əsasən Qarabağda baş verir. Bolşeviklərin fəaliyyətinin güclənməsi, həmçinin müxtəlif siyasi amillər ölkədə yeni qurulmuş Azərbaycan Demokratik Respublikasının mövqeyini getdikcə sarsıdır. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda Qırmızı Ordu dəstələri yerli qüvvələrlə əlbir olaraq hakimiyyəti əllərinə alır, yeni qayda-qanunlar yaradırlar. Siyasi hadisələrin fonunda isə Qarabağın nüfuzlu bəylərindən biri olan Böyük bəyin (Həsənağa Turabov) ailə dramı təsvir olunur. Yüksək təhsil görmüş Böyük bəy yeganə bacısı Şahnaza (Tamara Yandiyeva) da yaxşı təhsil verib. Arvadı Fəxrəndə (Amaliya Pənahova) ilə nikahından övladı olmadığından onlar meylini Şahnaza salıblar. Fəxrəndə Şahnazın qardaşı oğlu Yunis (Şəmsi Şəmsizadə) ilə ailə qurmasında maraqlıdır. Çünki belə olarsa, Böyük bəyin bütün varidatı qardaşı oğluna qalacaq. Lakin Şahnaz sadə kəndli oğlu Nicatı (Rasim Balayev) sevir. Onların sevgisinə qarşı çıxan Böyük bəy bacısını Bakıya yollayır. Nicat isə bu müddətdə bolşeviklərə qoşulur, sıravi Qırmızı Ordu döyüşçüsündən komissara qədər yüksəlir...

"Gözlə məni" Azərbaycan Sovet Sosialist Respublikasının və Azərbaycan Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunub. Və əlbəttə ki, dövrün siyasi diktəsi ilə dövrün ictimai-siyasi hadisələri birmənalı göstərilib. İlk olaraq bu təhrif Böyük bəy obrazında özünü büruzə verir. Hər nə qədər sovet konyunkturası hakimi mütləq olsa da, milli kinomuzda tamaşaçılar tərəfindən birmənalı qarşılanmayan bəy obrazları vardı. Həsənağa Turabov hələ 1970-ci ildə Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmində Gəray bəy obrazını oynamışdı. Mənfi obraz kimi göstərilsə də, Gəray bəy əqidəsinə sadiqliyinə görə müəyyən rəğbət hissi yaratmışdı. Eyni şeyi Hüseyn Seyidzadənin 1969-cu ildə ekranlaşdırdığı "Dəli Kür" filminin qəhrəmanı ziddiyyətli Cahandar ağa obrazı haqda da demək olar. Rejissorların yozumundan sezilir ki, onlar bu obrazları yalnız mənfi çalarla göstərmək istəməyiblər. Eyni fikirləri Böyük bəy personajı haqda da demək olar.

Böyük bəy Gəray bəy və Cahandar ağadan fərqli olaraq daha çox siyasiləşmiş, daha dəqiq desək, siyasi şüuru yetkinləşmiş, təhsilli, proqressiv biridir. O, ölkədə baş verən ictimai-siyasi prosesləri həm yaxından izləyir, dostları ilə bu haqda müzakirələr aparır, həm də hadisələrin iştirakçısıdır. Bacısı Şahnaza yüksək təhsil verməsindən, birlikdə müxtəlif mövzularda müzakirələr aparmasından onun qadına yüksək münasibəti bəlli olur. Böyük bəyin başqa cəhətləri də rəğbət doğurur. Bir neçə epizoda diqqət yetirək. Bolşeviklərin işğalı reallaşanda Cabbar bəy (Məlik Dadaşov) Böyük bəyə ölkədən getməyi təklif eləyir. Böyük bəy isə cavabında "Burdan heç yana getməyəcəm. Əgər nəsibim ölümdürsə, qoy olsun. Mən də əcdadlarım kimi burda döyüşdə öləcəm".

Başqa bir epizodda isə - bu filmin ən dramatik səhnəsidir- Şahnazın həbsxanada Böyük bəylə görüşüdür. Şahnaz komissar olan ərinin qardaşını həbs etdiyini öyrənir. O, ərindən xəbərsiz qardaşıyla görüşür və onlar arasında belə bir dialoq keçir:

- Sən kimsən Şahnaz? Əvvəl qardaşını satdın, indi ərini, sonra kimi satacaqsan?

- Yəqin ki, özümü...

Böyük bəy qətiyyətlə bacısının həbsdən qaçmaq təklifindən imtina eləyir, bunu özünə yaraşdırmır. Lakin növbəti epizodda biz digər personajların dilindən xəbər tuturuq ki, (rejissor Böyük bəyin fikrindən dönməsi və qaçması səhnəsini vizuallaşdırmayıb) Böyük bəy qaçaraq İrana keçmək istəyir. Yəni rejissor Böyük bəyin sonadək öz əqidəsinə sadiq qalmasına, tamaşaçı gözündə prinsipial adam kimi yüksəlməsinə imkan vermir, onu necəsə əzməyə çalışır. Bayaq da dediyim kimi, bu, rejissorun yox, sovet konyunkturasının tələbi idi. Lakin məsələ başqadır. Rejissor ya situasiyalara bəraət verə bilmədiyindən, ya montaj səbəbindən hansısa kadrların hekayədə yer almadığından ciddi boşluqlar nəzərə çarpır. Əvvəlki fikirlərində qətiyyətli görünən Böyük bəyin sonra birdən-birə niyə və necə, hansı şəraitdə öz fikrini dəyişməsi prosesi, və ya belə demək mümkünsə onun özüylə mübarizəsi göstərilmir. Nəticədə isə süjetdə dramaturji yarımçıqlıq yaranır. Belə yarımçıq, natamam məqamlar digər səhnələrdə də var. Nicatın sadə kəndlidən mübariz bolşevikə çevrilmə, dəyişilmə prosesini demək olar ki, görmürük. Və süjetdə bu qədər əks mövqe, kolliziya olmasına rəğmən fikir toqquşmaları, tərəflərin mübarizəsi, həmçinin Gəray bəyin, qaçaq Bahadurun (Həsən Məmmədov) ölüm səhnələri emosional baxımdan səthi işlənib. Şahnazın dramı da yarımçıqdır, onun taleyinin aydın olmamasının açıq final kimi qəbul etmək olar, lakin açıq finala gətirmək üçün vizual bəraət olmalıydı.

Filmdə çox motivi qabardılır: Nicat-Şahnaz xətti, Şahnazın ailəsi ilə konflikti, bolşeviklərin fəaliyyəti, sinfi mübarizə, ingilislərin ağalığı, və s. Bəzi rejissorlarımız kimi Kamil Rüstəmbəyov da belə vacib materialı ümumiləşdirə, dərinləşdirə bilməyib. Bu, həm də ssenaristlərin (Elçin, Elqa Lindina) günahıdır ki, mövzuları yığcamlaşdıra bilmədiklərindən, ana xətt kimi nəyin vurğulanması aydın deyil. Halbuki, əsas süjet xəttini misalçün, Şahnaz-Böyük bəy-Nicat konflikti üzərində qurmaq olardı. Əslində "Gözlə məni" bu gün də kinomuz üçün əla materialdır və dövrün çox problemlərini burda aktuallaşdırmaq olar. Üstəlik, söhbət həm də Qarabağdan gedirsə...

"Mahnı dağlarda qaldı" pyesi hələ ekranlaşdırılmazdan öncə Milli Dram Teatrında səhnələşdirilmişdi. Teatr versiyasında Şahnazı Amaliya Pənahova, Nicatı Əlabbas Qədirov oynayıb. Kamil Rüstəmbəyov Amaliya Pənahovanı "Unuda bilmirəm" tamaşasında görəndən sonra Fəxrəndə obrazına dəvət eləyib.

Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi səhnəsində doğrudan da Amaliya Pənahovanı çay aparıbmış. Gözlənilməz vəziyyət yaradıcı heyəti qorxutsa da, aktrisa xilas olunub.

Çəkiliş vaxtı Kamil Rüstəmbəyov xəstələndiyindən onu filmin ikinci rejissoru Əbdül Mahmudov əvəz eləyib. Meşə çəkilişlərini də Əbdül Mahmudov aparıb. Böyük bəyin malikanəsinin çəkilişi Şüvəlanda, dağ, meşə səhnələri Qubada, interyer çəkilişləri isə pavilyonda baş tutub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2836   Tarix: 06 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021