Ölüm ayağında "məni bəzəyin" deyən Xalq artisti – Maraqlı faktlar

Ölüm ayağında "məni bəzəyin" deyən Xalq artisti - Maraqlı faktlarBu gün Xalq artisti, maraqlı aktrisa Firəngiz Şərifovanın doğum günüdür. Sonxeber.az bildirir ki, kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Səkkiz yaşında birinci sinifə gedib, rus dilində təhsil alıb. Orta məktəblə yanaşı səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

Gallery

Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə1937-ci ildə şəxsiyyətə pərəstiş dövründə haqsız yerə tutularaq xalq düşməni kimi güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib. Anası Mərziyyə Davudova uzun illər Akademik Milli Dram Teatrının ən aparıcı aktrisalarından biri olub.

***

Atası çox istəyirmiş ki, qızı aktyor kimi səhnədə onun yolunu davam etdirsin. Bu səbəbdən də bir gün o, qızının əlindən tutub ailənin yaxın dostu Üzeyir Hacıbəyovun yanına aparır. Onun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprana səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

***

Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 1965-ci ildə vaxtilə işlədiyi yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və ömrünün sonunadək oranın aparıcı aktrisası olmuşdur.

Nəvəsi müğənni Eldar Qasımov müsahibələrinin birində deyir: "Nənəm xəstə olanda deyirdi ki, mənə nə dərman, nə də yaşamaq üçün vasitələr lazımdır. Bu həyatda, bu bədəndə mən artıq öz missiyamı itirmişəm. Mən sizə ordan kömək edə bilərəm. Oranın gücləri, burdan güclüdür.

***

Aktrisa ömrünün son günlərində belə teatra bağlı olub. Sənət dostlarına qarşı dərin sevgisi olub. Onlarla görüşlərin birində isə belə deyib: "Mən sizləri çox sevirəm. Çox bağlıyam sizlərə. Əgər aylarla, illərlə kimisə görmürəmsə, onu bilin ki, həmişə fikrimdəsiniz, həmişə ürəyimdəsiniz. Çünki siz teatrla bağlı insansınız. Mən də teatram. Mən özüm yoxam, heçəm. Səsim Mərziyyənin səsi, nəfəsim Abbasın nəfəsidir."

Xalq artisti Tariyel Qasımov onun haqqında deyir: "Firəngiz xanım dahi sənətkar, çox gözəl insan idi. Həmişə deyirdi ki, mənim bu yerə gəlməyimə səbəb Allahın verdiyi istedad və zəhmətdir. Ölümündən əvvəlki son illərdə teatra da gəlmirdi, istəmirdi xəstə vəziyyətində onu kimsə görsün. Ərköyün deyildi, əksinə yumora meyli olan xanım idi. O düzü-düz, əyrini-əyri deyirdi. Bütün rejissorlar onunla işləmək istəyirdi. Amma onun bacarığından kinoda az istifadə etdilər."

***

Əməkdar artist Bəhram Osmanov: "Firəngiz Şərifovanın adı gələndə heç vaxt unutmadığım bir hadisəni xatırlayıram. 2006-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə qastrol səfərinə gedəndə orda maraqlı hadisə ilə qarşılaşdım. İllər öncə, tatarların məşhur dramaturqlarından biri Kərim Turçirin Abbas müəllimlə olan görüşlərində Firəngiz xanımın üç yaşında fotosunu çəkib. İllər sonra o həmin şəkli mənə verdi ki, Firəngiz xanıma çatdırım. Firəngiz xanım fotonu görüb sevincindən qəhərləndi. Onlar bizim aktrisaları çox sevirdilər, onlara dəyər verirdilər".

Deyilənə görə çox qürurlu qadın olan Firəngiz xanım danışmağı çox xoşlamırmış. Evinə gələn qonaqlar nə qədər deyib gülsələr də, o, sadəcə dinləməyə üstünlük verirmiş. Amma yeri gələndə hansısa sözü, cümləni deyib hamını güldürməyi bacarırdı.

Deyilənə görə, əri repressiya olunandan sonra Mərziyyə Davudova balaca boxça yığıb. Həmişə evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər.

***

Rəhmətə getməzdən əvvəl hər gün bir orqanı sıradan çıxırmış, xəstəliyi şiddətlənirmiş. Aktrisa son günlər başını qaldıra, uzana bilmirmiş. Çətin günlər yaşayan aktrisa son günlərində belə gümrah danışırdı: "saçımı kəsin, üzümə düşür, bəzəyin, qəşəng görsənmirəm".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 9771   Tarix: 27 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Oğuzda mədəniyyət evi yandı

Oğuzda mədəniyyət evində yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağını

7 mart
.

Dilarə Əliyeva qız analarına səsləndi

"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Forma nə qədər vacibdirsə, məzmun ondan da vacibdir. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaç

6 mart
.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun
.

"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş

XVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis"

11 may
.

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi (FOTO)

Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. "Report" xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinc

30 mart
.

Bu məktəblərə Elza İbrahimova və Fikrət Qocanın adı verildi

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib. Qaynarinfo-nun xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə isə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib. Elm və Təhsil Nazirliyi

9 fevral
.

Xətai Sənət Mərkəzində "Milli-mənəvi dəyərlərimiz" adlı incəsənət sərgisi keçirilib - FOTOLAR

7 mart tarixində Xətai Sənət Mərkəzində rəssam və modelyer-dizayner Lalə Cəbrayılovanın təşəbbüsü və təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz" adlı incəsənət sərgisi və moda nümayişi keçirilib. Layihənin müəllifi və təşkilatçısı Lalə Cəbrayılova tərəfindən ərsəyə gətirilən bu tədbiri

8 mart
.

Leyla Əliyeva tamaşada - Fotolar

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. "Qafqazinfo" xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək dava

2 mart
.

Tanınmış xanəndənin səhhətində ciddi PROBLEM YARANDI

Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, xanəndə "Rəngarəng" verilişində son dövrlər yaşadığı sağlamlıq problemlərindən danışıb. O, bildirib ki, son vaxtlar yayılan viruslardan birinə yoluxub və immunitetinin zəif olması səbəbindən 20-25 gü

4 fevral