"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş

"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmişXVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis" xolesterini normal şəkildə xaric edə bilmir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wionews" məlumat yayıb.

Alimlər portretdə iki mühüm detalı diqqətə çatdırıblar: qadının sol göz qapağı yaxınlığındakı sarımtıl ləkə və sağ əlindəki kiçik şişkinlik. Müasir tibbdə bu simptomlar ksantelazma və ksantoma kimi tanınır və yüksək xolesterinin xarakterik əlamətləri hesab olunur.

2008-ci ildə "Current Cardiology Reviews" jurnalında dərc olunmuş araşdırmaya görə, tablodakı model - Liza Gerardini - ailəvi hiperxolesterinemiyadan əziyyət çəkmiş ola bilər.

Xəstəlik yalnız 1852-ci ildə rəsmi təsvir olunub

Tədqiqatın müəllifi, norveçli həkim Leyv Ose bildirib ki, da Vinçinin əsəri bu xəstəliyin tarixdə ilk qeydə alınmış təsviri sayıla bilər.

Qeyd olunur ki, "Mona Liza" təxminən 1506-cı ildə çəkilib, halbuki ailəvi hiperxolesterinemiyanın ilk rəsmi tibbi təsviri yalnız 1852-ci ildə verilib. Bu isə 346 illik fərq deməkdir.

Modelin erkən ölümü də xəstəliklə əlaqəli ola bilər

Tarixçilərin məlumatına görə, Liza Gerardini 37 yaşında vəfat edib. Ölüm səbəbi dəqiq bilinməsə də, alimlər ailəvi hiperxolesterinemiyanın gənc yaşlarda ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırdığını vurğulayırlar.

Həkimlər xatırladırlar ki, yüksək xolesterinin effektiv müalicəsi yalnız XX əsrdə statin preparatlarının yaradılmasından sonra mümkün olub.

Tədqiqatçılar oxşar simptomların 1663-cü ildə holland rəssamı Frans Hals tərəfindən çəkilmiş "Yaşlı qadının portreti" əsərində də müşahidə edildiyini bildirirlər.

Bununla belə, məhz Leonardo da Vinçinin "Mona Liza" əsəri sənət tarixində irsi yüksək xolesterinin ən qədim mümkün "tibbi sübutu" hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2981   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23 oktyabr
.

Nurəddin Mehdixanlı xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Xalq artisti Nurəddin Mehdixanlı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktyor bayram münasibətilə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününün Azərbaycan xalqının, şəhid və qazilərin, eləcə də Azərbaycan Ordusunun qələbəsi olduğunu vurğulayıb

7 noyabr
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər

Yuğ Dövlət Teatrının aktyorları 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçilər bayram münasibətilə video paylaşaraq həmvətənlərinə xoş arzularını çatdırıb. Onlar çıxışında Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və qəhrəmanlıq rəmzi olduğunu vurğulayıb

7 noyabr
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr