Azərbaycanda 200 bal toplaya bilməyənlər xaricə oxumağa gedir

Azərbaycanda 200 bal toplaya bilməyənlər xaricə oxumağa gedirArtıq ali məktəblərə qəbul imtahanları başa çatdı. Universitetlərə qəbul üçün yetərli balı topayanlar həvəslə tələbə həyatını gözləyərkən, az bal toplayan abituriyentlərin bir hissəsi yenidən hazırlaşmağı, bəziləri isə təhsillərini xaricdə davam etdirməyi düşünürlər. Yeri gəlmişkən, müəyyən təhsil kursları abituriyentlər üçün yalnız attestatla xaricdə təhsil imkanını təklif edirlər. Kimi xaricdə təhsilin daha yaxşı olacağını düşünərkən, kimi də bunu ölkədəki təhsil sistemi üçün yetərli olmayanların qaçışı kimi qiymətləndirir. Bəs xaricdə təhsil imkanı təklif edən kursların şərtləri nələrdir?

İnternetdə bir balaca axtarış edən zaman "attestatsız xaricdə təhsil imkanı" başlığı ilə xeyli təhsil mərkəzinin saytları qarşımıza çıxdı. Məsələn, "Universal educational center" bir çox ölkədə ali təhsil almaq imkanı təklif edir. Bu ölkələr arasında Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, İtalya, Danimarka, Polşa, İsveç, Türkiyə, Ruminya və digər ölkələr var. İstədiyimiz bir ölkəni seçdikdən sonra oradakı şərtlərlə tanış ola bilərik. Məsələn, ABŞ-da təhsil almaq istəyən abituriyentlər üçün ilk 100-200-lük siyahıda olan universitetlərin təhsil haqqı illik olaraq - 25000 $ – 40000 $, orta keyfiyyətli universitetlər üçün təhsil haqqı 15000$ – 20000 $, kolleclər isə 8000$ – 10000 $ arasındadır. Tələbə üçün digər xərclər bilet – 1500$, viza – 200$, yerləşmə – 500$, 10 aylıq kirayə pulu – 5000$, yemək (10 ay) – 5000$, cib xərcləri (10 ay) – 5000$, yol xərcləri – 2000 $-dir. Tələb olunan sənədlər isə müraciət olunan bölümə uyğun IELTS, TOEFL, SAT və ya ACT nəticələri, diplom və rəsmi şəhadətnamə transkripti, müraciət etdiyiniz təhsil mərkəzini niyə seçdiyinizi açıqlayan yazı, referans-tövsiyə məktublarıdır (3 ədəd). Maliyyə vəziyyəti haqqında sənəd: Təhsil xərclərini qarşılaya biləcəyinizə dair hesabınızda olan məbləği (dollarla) göstərən çank arayışı. Bu məbləğ təhsil mərkəzlərinə görə dəyişir, lakin 15000 dollardan az olmamalıdır; Bank hesabı yoxdursa təhsil xərclərinizi ödəməyi öz üzərinə götürən şəxs (ailə üzvlərindən biri) və yaxud təhsil xərclərinizi ödəməyi öz üzərinə götürən şirkət və ya qurum bu barədə sənəd hazırlayaraq imzalamalıdır.

Abituriyentlər ən çox müraciət etdiyi ölkələrdən biri də Türkiyədir. Bəs orada təhsil almaq sizə neçəyə başa gələcək?

Qardaş ölkədə universitetlərin təhsil haqqı 300 – 15000 avro arasında dəyişir. Əlavə xərclər təyyarə bileti: 300 avro (gediş – gəliş), viza: ödənişsiz, qeydiyyat 30 – 100 avro, yataqxana və yemək - 2500 avro (illik), transport - şəhərdaxili illik 500 avro civarındadır.

Türkiyədə sadəcə attestatla təhsil almaq çox insanın arzusudur. Qeyd edək ki, zəngin ixtisas seçiminə malik olan universitetlərdə illik təhsil haqqı 300-700 AZN arası dəyişir. Türkiyə universitetlərinə qəbul digər Avropa və Amerika ölkələrinə nisbətən asan olsa da, burada təhsil almaq ciddi məsuliyyət tələb edir. Tələb olunan sənədlərə isə, attestat, transkript (9-10-11-ci siniflər), şəxsiyyət vəsiqəsi və digər nəticələr (TQDK, SAT, YÖS, Olimpiada nəticəsi, Sertifikat və s.) aiddir.

Son zamanlar tələbələrin üz tutduğu bir digər ölkə də Polşadır. Abituriyentlərin bu ölkəni seçməsinin əsas səbəblərindən biri orada bakalavr təhsilinin 3 il olmasıdır. Eyni zamanda universiteti bitirən abituriyentlər 2 il ölkədə qalıb işləmək imkanı verilir. Universitetlərin təhsil haqqı 1500 – 4000 avro arasındadır. Təyyarə bileti- 300 avro (tək gediş), viza 60 avro, qeydiyyat 100 avro, yataqxana və yemək - illik 3500 avro, transport xərcləri: şəhərdaxili illik 150 avrodur. Beləliklə, Polşada oxumaq sizə minimum 5600 avroya, maksimum isə 8360 avroya başa gələcək.

Bəs kursların təşkilatçılığı ilə bu kimi universitetlərdə təhsil almaq nə qədər realdır?

Beynəlxalq TEFL/TESOL sertifikatlı, 7 il xarici ölkələrdə fəaliyyət göstərmiş ingilis dili müəllimi Ellada Əliyeva Bizimyol.info saytına bildirib ki, İELTS və TOEFL imtahanları beynəlxalq statuslu imtahanlar olduğundan, bir çox tələbənin bakalvr və ya magistr kimi xaricdə təhsil almasına imkan yaradır: "Yəni, İELTS/TOEFL proqramlarına hazırlaşıb, sonra imtahan verilir, daha sonra topladığı nəticədən asılı olaraq xarici ölkədə hər hansı bir universitetə tələbə kimi qəbul oluna bilər. Olduqca realdır və bizim müəllimlərin də hazırladıqları tələbələrin dəfələrlə xaricdə universitetə qəbul olduğunu görmüşük. Yəni, bu imtahanlar beynəlxalq statuslu olduğundan onu keçən tələbələrin də kurslar vasitəsi ilə hər hansı bir universiteti seçməsi realdır. Ancaq digər tərəfdən bizdə TQDK-nın imtahanlarında bal toplaya bilməyən tələbələrin də xarici ölkələrə üz tutması doğrudur. Xüsusən də qardaş ölkə olan Türkiyəyə. Orada bəzi universitetlər var ki, qəbul üçün çox bal toplamağa ehtiyac yoxdur. Və ya başqa xarici ölkələrdə elə universitetlər var ki, ümumiyyətlə ora imtahan verməyə ehtiyac duyulmur. Ona görə də qəbul imtahanında yetərli balı tplaya bilməyən tələbələr belə universitetlərə üz tuturlar. Sözsüz ki, bunlar top 10-luqda yer almayan universitetlərdir. Ancaq onu da qeyd etmək lazımdır ki, təhsil sistemi çox güclü olduğundan orada təhsil almaq çətindir".(bizimyol.info)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2239   Tarix: 04 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr