Nazirlik monitorinq apardı: Altı icarəçi ilə müqavilə ləğv edildi
"Meşə ərazilərinin açıq sahələrində aqrobağların salınması üçün 9530 hektar ərazi hüquqi və fiziki şəxslərlə müqavilə əsasında icarəyə verilib".
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.
Onun sözlərinə görə, mütəmadi olaraq verilmiş sahələrlə icarə şərtlərinə əməl edilib-edilməməsi ilə bağlı monitorinq aparılır:
"2020-ci ilin payız aylarında aparılan monitorinq zamanı meşə sahələrinin ərazisində aqrobağlar salmaq istiqamətində lazımi qaydada işlər aparmayan icarəçilərə xəbərdarlıq edilib. Ötən il şərtlərə əməl etməyən altı icarəçi ilə müqavilə ləğv edilib. Meşə qanunvericiliyinin pozuntusuna görə icraçı ilə bərabər işində nöqsana yol verən regional idarənin müdiri cəzalandırılıb. Direktor, meşəbəyi və iki gözətçi vəzifəsindən azad edilib".
O qeyd edib ki, meşə sahələrində aqrobağların salınması üçün torpaq sahəsi 1 ildən 49 ilə kimi icarəyə verilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 440 Tarix: 16 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
19 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrDirektoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabrBeyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy
20 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabr