Co Baydenin Azərbaycanla bağlı strategiyası, Türkiyə amili – TƏHLİL

Co Baydenin Azərbaycanla bağlı strategiyası, Türkiyə amili – TƏHLİLABŞ-ın yeni Prezidenti Co Bayden Azərbaycan dövlət başçısı İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.

ABŞ lideri təbrikində Ağ Evin Azərbaycanla bağlı perspektiv strateji baxışlarını da ifadə edib, iqtisadi əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsi barədə mesajlar verib.

ABŞ Barak Obama və Donald Trampın hakimiyyətləri dövründə Cənubi Qafqazda iştirakını gücləndirib, bu mənada cənab Baydenin mövqeyi Ağ Evin keçmiş administrasiyalarının Azərbaycanla bağlı siyasətindən o qədər də fərqlənmir – təhlükəsizlik, sülh və enerji layihələrində birgə maraqların ümumi bəyanıdır.

Bəs yenilik nədir?

Məsələ burasındadır ki, ABŞ-ın yeni lideri ikitərəfli əlaqələrin gələcəyini İkinci Qarabağ Müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq kontekstində nəzərdən keçirir.

Cənub Qaz Dəhlizi ABŞ-ı rəsmi Bakıya bağlayan iqtisadi telləri möhkəmləndirir.

Vaşinqton Azərbaycan qazının Avropa bazarlarında ən uğurlu fazaya daxil olmasına yüksək və davamlı dəstək nümayiş etdirir. Cənub Qaz Dəhlizi enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının zirvəsi hesab olunur.

Baydenin məktubu nəlbəkidə fırtına yaratmağa hesablanmayıb, əksinə gələcək əməkdaşlığın əsaslı dərinləşməsi baxımından önəmlidir.

Ağ Ev Türkiyə-Azərbaycan strateji tərəfdaşlığında yer almaq niyyətindədir

Postmüharibə (Vətən müharibəsində Azərbaycanın qələbəsi) reallığında ABŞ öz maraqlarını güclənən Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı prizmasından nəzərdən keçirir.

C.Baydenin ABŞ-ın Minsk Qrupundakı iştirakını canlandıracağı gözləntiləri var. Ağ Ev Türkiyənin Cənubi Qafqazda mövqeyinin güclənməsi fonunda Minsk Qrupu ilə bağlı gələcəyə baxış bucağını ortaya qoyur.

Nəzərə alaq ki, Türkiyə NATO-da ikinci ən böyük orduya sahib ölkədir və coğrafi baxımdan Cənubi Qafqazda birbaşa təsir rıçaqlarına malikdir. Bu, konseptual olaraq Amerikanın maraqları ilə kəsişmir, çünki Cənubi Qafqazda Rusiyaya qarşı duruş gətirə bilən oyunçu Türkiyədir.

Türkiyə isə Cənubi Qafqazdakı iştirakını Azərbaycana hərtərəfli dəstəklə paralel şəkildə həyata keçirir.

Bayden Minsk Qrupunda ABŞ-ın mövqeyini post münaqişə dövrü üçün gücləndirmək istəyinə gəlincə, ABŞ liderinin məktubuna nəzər salmaq kifayətdir. Sitat:

"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq".
Co Baydenin Azərbaycanla bağlı strategiyası, Türkiyə amili – TƏHLİLABŞ Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra yaranan yeni iqtisadi fürsətlərdən də yararlanmaq niyyətindədir. Bu reallığı isə Azərbaycan və Türkiyə yaradır, müharibədən sonra Bakı və Ankaranın nüfuz dairəsi Orta Asiyaya da yayılır.

Təhlükəsizlik məsələsində isə Azərbaycan NATO-da çəkiyə malikdir, NATO-niun sülhməramlı əməliyyatlarında iştirak edir.

C.Baydenin Prezident İlham Əliyevə məktubundan çıxarılan nəticə isə budur: ABŞ-ın yeni adminsitrasiyasının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu bildirir.

Baydenin ismarıcları ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını göstərir./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1957   Tarix: 19 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021