DİQQƏT: Professordan yuxusuzluğun ölümcül təhlükəsi barədə XƏBƏRDARLIQ

DİQQƏT: Professordan yuxusuzluğun ölümcül təhlükəsi barədə XƏBƏRDARLIQRusiyalı professor, somnoloq Olqa Kuruşina xroniki yuxu çatışmazlığının qəfil ölümə səbəb ola biləcəyini söyləyib.

Sonxeber. az Publika.az-a istinadən xəbər verir ki, ekspert bu barədə REN TV-yə danışıb. Onun sözlərinə görə, dünyada əksər insanlar kifayət qədər yatmır.

"Ən azı bir gecə yuxusuz qalmaq orqanizmin zəifləməsinə və daha tez yorulmasına səbəb olacaq. İkinci gün yaddaş və diqqət azalacaq, üçüncü və ya dördüncü gün epileptik tutmalar başlayacaq. Bundan sonra insan beynində pozğunluqlar baş verəcək. Bu həddə gəldikdə insan ölə bilər. Ümumiyyətlə, yuxusuzluqdan əziyyət çəkənlər daha erkən yaşlarda ölür.

Ay çıxan kimi gözlər yumulur və istirahət dediyimiz proseslər bədəndə aktivləşir. Əslində bu anda beynimiz çox aktiv işləyir. Bu zaman bütün metabolik proseslər aktivləşir və beyin hüceyrələrini metabolik məhsullardan təmizləyir. Beyin sağalır və özünü bərpa edir. Möhkəm yuxu beyni Altsheymer və ya Parkinson kimi neyrodegenerativ xəstəliklərdən qoruyur", - mütəxəssis qeyd edib.

Yuxu keyfiyyətini artırmağa dair tövsiyələr verən Olqa Kuruşina yatmazdan əvvəl işıqları söndürməyin vacibliyini bildirib:

"Yatmazdan əvvəl pərdələri bağlamalı, yüksək səs çıxaran cihazları söndürməli, cihazlardan istifadə etməməli, televizora baxmamalısınız. İsti hamam qəbul edə və ya bir fincan süd, yaxud bitki çayı içə bilərsiniz. Yaxud da özünüzü daha rahat və təhlükəsiz hiss etdiyiniz bir yerdə yuxuya gedə bilərsiniz. Musiqi yuxu dərmanı ilə eyni təsiri göstərə bilər.

Günü səmərəli və şən notlarda keçirmək keyfiyyətli istirahətin əsas şərtidir. Bu üsullar kömək etmirsə, həkimə müraciət etməlisiniz. Mütəxəssislər yuxu dərmanlarının köməyi ilə qısamüddətli yuxusuzluğun öhdəsindən gələ bilər, ancaq yuxusuzluqdan bir il və ya daha çox əziyyət çəkən xəstə somnoloqlar, psixoterapevtlər və nevroloqlar qrupu tərəfindən müalicə olunmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1353   Tarix: 21 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021