Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI
Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictimai nəqliyyat və iaşə müəssisələri işləməməlidir?
Sonxeber.az xəbər verir ki, bu sözləri allerqoloq-pulmonoloq Ramin Nəriman deyib. Həkim bildirib ki, məhdudlaşdırıcı tədbirlər çıxış yolu deyil:
"COVID-19 artıq həyat normasına çevrilib. Odur ki, koronavirus infeksiyasına görə təhsili məhv etməyin, ictimai nəqliyyatın həftə sonları işləməməsinin əleyhinəyəm. Bu, əhaliyə həm də maddi ziyan yetirir".
Həkim əlavə edib ki, vaksin yoluxmanın qarşısını alacaq vasitə deyil, amma kütləvi immunitet sayəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün olacaq:
"Vaksin ölüm hallarını azaldır və ağırlaşmaların qarşısını alır. Əvvəlki dalğalarla müqayisə etdikdə indiki yoluxma sayları keçənilki qədər pik səviyyəyə çatmayıb. Əvvəlki dalğalarda 6000 civarında yoluxma olurdu. Amma indi 4000-dən yuxarı yoluxma qeydə alınmayıb. Sözsüz ki, bu da peyvəndin effektivliyi deməkdir. İkincisi, vaksinin effektivliyi əhalinin 70-80 faizi peyvənd olunduqdan sonra görünə bilər. Hələ ki, vaksinləşmə o səviyyəyə çatmayıb. Digər tərəfdən, şəxslər arasında koronavirus əleyhinə peyvənd olunmaları haqqında hədsiz dərəcədə saxta pasport alanlar var. Düşünürəm ki, belə bir vəziyyətin yaranmasının birinci səbəbi saxta COVID pasportlarının alınması, digər tərəfdən də peyvəndləmənin hələ infeksion prosesin qarşısını alacaq dərəcədə olmamasıdır.
Qapanmalar isə koronavirusun idarə olunmasında artıq demək olar ki, öz əhəmiyyətini tamamilə itirib. Heç bir Avropa ölkəsi ciddi qapanmalardan istifadə etmir, şəxsən mən də qəti surətdə qapanmaların əleyhinəyəm. Yenə də o fikrimin üzərində dayanıram ki, pandemiya illərlə davam edə bilər. Bu halda qapanmaların illərlə davam etməsi məntiqli çıxış yolu deyil. Əgər yenidən belə bir addım atılsa, bu, çox böyük yanlışlıq olar. Bu, əhalinin həm sosial vəziyyətinə, həm də psixoloji durumuna çox ciddi təsir edir"./publika/
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 842 Tarix: 12 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrGündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28 sentyabrÇirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab
İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır, lakin havanın çirkli olduğu ərazilərdə fiziki aktivlik zamanı orqanizm daha çox zərərli hissəcik qəbul edə bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə idmanın faydalarının hava çirkliliyinin yaratdığı risklərdən üstün olduğun
25 sentyabrSağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
7 oktyabrQışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
26 sentyabrQan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı
Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ
29 sentyabrSəssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər. Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T
26 sentyabr