İndi də ikiqat mutasiyalı koronavirus TAPILDI
ABŞ-ın San-Fransisko körfəzi bölgəsində ilk dəfə olaraq koronavirusun ikiqat mutasiyaya uğrayan Hindistan variantı - "ikiqat mutant" adlandırılan növ - aşkar edilib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, yerli "NBC Bay Area" telekanalının məlumatına görə, söhbət, çox güman ki, koronavirusun bu növünün ABŞ-da ilk qeydə alınmasından gedir.
Nəşr yazır ki, koronavirusun Hindistan variantına yoluxma halı Stenford Klinik Virusologiya Laboratoriyasının mütəxəssisləri tərəfindən təsdiqlənib. Laboratoriyanın rəhbəri Benjamin Pinski bildirib ki, daha yeddi nəfərin virusun bu variantına yoluxmasından şübhələndikləri üçün yoxlamalar aparılır və nəticələr bu həftə məlum olacaq.
Nəşrin yazdığına görə, daha əvvəl Hindistanda aşkar olunan "ikiqat mutant" ikiqat mutasiyaya malikdir, ancaq onun daha yoluxucu olması və ya vaksinlərə qarşı davamlılığı hələ ki dəqiqləşdirilməyib.
San-Fransiskoda Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Piter Çin-Honq narahatlıqla bildirir ki, Hindistanın Maharaştra əyalətində qeydə alınmış koronavirusa yoluxma hallarının 20%-ni təşkil etdiyi üçün bu variant daha yoluxucu ola bilər.
"Bu Hindistan variantı əvvəllər ayrı-ayrılıqda qeydə alınmış variantların eyni virusda cəmləşdiyi ikili mutasiyaya sahibdir", - Çin-Honq belə deyib.
Cənubi Afrika və Kaliforniya variantlarına qarşı peyvəndləmənin effektivliyi barədə təsdiqlənmiş məlumatları nəzərə alan mütəxəssis bu növə qarşı da peyvəndlərin effektivliyinə "nikbin" yanaşdığını qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 692 Tarix: 06 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Hokkey matçında hakimin üst çənəsi və yeddi dişi qırıldı – VİDEO
Hokkey üzrə Finlandiya çempionatının növbəti oyunu hakim Yukka-Pekka Koystinen üçün heç də yaxşı başa çatmayıb.. . "Vesti" portalının məlumatına görə, matç zamanı qapıya zərbə ilə vurulan şayba sıçrayaraq hakimin üzünə dəyib.. . Bir müddət huşunu itirərək yerdə uzanan Koystinen xəstəxanay
6 aprelSevgilisi ilə dava edən gənc onu girov götürdü - VİDEO
Rusiyanın Kemerova şəhərində 22 yaşlı gənc keçmiş sevgilisinin boğazına şüşə qırığı dirəyərək onu girov götürüb.. . Bu barədə "Mash" "Telegram" kanalı kadrlar təqdim edib.. . Bildirilir ki, gənc keçmiş sevgilisinin işlədiyi ticarət mərkəzinə gəlib, orada onların mübahisəsi düşüb
6 aprelNigeriyada minlərlə məhbus həbsxanadan qaçıb
Nigeriyanın Ovveri şəhərində həbsxanadan kütləvi qaçış olub.. . Yerli "The Nation" nəşrinin məlumatına görə, hadisə aprelin 5-də gecə saatlarında baş verib.. . Məlumata əsasən, bir qrup silahlı şəxs həbsxanaya hücum edib. Şahidlərin sözlərinə görə, silahlılar hadisə yerinə hərbi avtomobill
6 aprelPank üslübunda geyinən yaşlı cütlük model oldu - FOTO
Paris Moda Həftəsi zamanı pank üslubunda geyinən yaşlı cütlük sosial şəbəkələrin fenomeninə çevrilib.. . Bu barədə "The Guardian" xəbər verib.. . Bildirilir ki, 86 yaşlı Mari-Luiz və 87 yaşlı Rene Glemarec nəvələri - modelyer Florentin Glemarecin "EGONlab" brendi üçün hazırladığ
6 aprelYerə çırpılan ekstrim həvəskarı ağır xəsarət aldı - ANBAAN VİDEO
Türkiyənin Dənizli şəhərində motoparaplan vasitəsi ilə uçuş həyata keçirən şəxs yerə çırpılaraq ağır xəsarət alıb.. . "İhlas Haber Ajansı" (İHA) məlumat verir ki, ətrafda olan şəxslər hadisəni anbaan mobil telefonlarına çəkib.. . Son məlumata görə, yerə dəyərək ayağını sındıran şəxs 32 yaşl
6 aprelTutuquşunun rok ifası görənləri heyrətləndirir – VİDEO
Bu tutuquşu xüsusi istedadı ilə öz həmcinslərindən fərqlənir.. . "Haber Global"ın məlumatına görə, onun xüsusi musiqi duyumu var.. . Belə ki, quşun sahibi elektrik gitarada rok musiqisi ifa etdiyi zaman, tutuquşu da ona qoşularaq özünəməxsus tərzdə mahnı oxuyur.. . Lələklinin bu bacarığı görənlər
6 aprelDünya əhalisinə vurulan peyvənd dozalarının sayı açıqlandı
Dünyada əhaliyə ümumilikdə 664 milyon dozadan artıq koronavirus peyvəndi vurulub.. . Bu barədə "Hürriyet" məlumat yayıb.. . Bunlardan 165 milyondan artıq doza ABŞ vətəndaşlarına vurulub. 140 milyona yaxın doza koronavirus peyvəndi Çin, 80 milyona yaxın isə Hindistan vətəndaşlarına vurulub.
6 aprelƏrdoğan Azərbaycanla mühüm sənədi TƏSDİQLƏDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib.. . Bu barədə qərar "Resmi gazete"də yayımlanıb.. . "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Müdafiə Sənayesi sahəsində Əməkdaşlıq" saziş
6 aprel