2500 yaşı olan saray
Beynəlxalq Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında 2500 il bundan əvvəl mövcud olan şəhər tipli böyük yaşayış yerində 2006-cı ildən arxeoloji qazıntı aparır.
Ekspedisiyanın qənaətinə görə, qədim şəhərdə saraylar və digər tikililər bir-birindən xeyli aralı olmaqla, parkların, bağların arasında yerləşməklə divarlarla əhatələnib.
Böyük tikililərdə geniş sütunlu zalların, uzun dəhlizlərin olduğu qeyd edilir. Bu yaşayış yerindəki abidə eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər, 220 il mövcud olub və Əhmənilər imperiyasına məxsus Pasarqad, Persopol tikililəri ilə müqayisə olunur.
Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yeri Əhmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi olduğu güman edilir. Beynəlxalq ekispedisya Qaracəmirli yaxınlığında qədim yaşayış yerində hələlik bir neçə yerdə qazıntı apararaq böyük inzibati, təsərrüfat, istehsalat tikililərinin və dini abidənin qalıqlarını aşkarlayıb. Onlardan böyük sarayın qalıqları xüsusi əhəmiyyət kəsb edir.
Ekspedisiyanın rəhbəri İlyas Babayev deyib: "Bu vaxta qədər burada 28 sütun altlığı tapılıb. Görünür, burada 100-dən çox sütun altlığı var. Sarayın 8 metr enində 25 metr uzunluğunda giriş hissəsi olub, onun arxasında 675 kvadratmetrdə audensiya zalı yerləşir, ətrafında isə dəhlizlər və böyük zallar var. Burada tapılan maddi mədəniyyət nümunələri azdı, ancaq elitardı. Gil qablar çox azdı. Halbuki saray olmasaydı, gil qablar çoxluq təşkil edərdi. Ən maraqlısı isə burada mixi yazıların olmasıdır."
Hazırda ekspedisya saraya aid edilən 5-ci sahə adlanan ərazinin qazıntısını aparır. Beynəlxalq ekspedisiyanın tərkibində almaniyalı arxeoloqla yanaşı, milliyətcə yapon olan, Ankara Universitetinin magistrantı Masumi Uehara da iştrak edir.
Masumi Uehara bildirib ki, 10 gün davam edən qazıntılarda kərpic tikililər və onun bərabərində zibil çökəklikləri aşkarlanıb, keramika və küp parçaları, daş alətlər tapılıb.
Qeyd edək ki, saray və onun divarla əhatələnmiş hissəsinin ərazisi 20 hektardır. Hələlik bu sarayın yalnız giriş zalı və özünün bir hissəsi qazılıb. Sarayın e.ə. V əsrin birinci yarısında, 2480 il bundan əvvəl tikildiyi güman edilir.(aznews.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkdar artist Yadigar Muradovla vida mərasimi ləğv olundu
Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub. xəbər verir ki, onun nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılır. Qeyd olunub ki, mərhumun ailəsi hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib
18 noyabrXalq artisti qəzaya görə konsertini təxirə saldı - Video
Xalq artisti Mənsum İbrahimov bu gün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb. Bu barədə "Qafqazinfo"ya Xalq artisti özü məlumat verib. Muğam ustası bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertinin təxirə salınmasın
12 noyabrAlim Qasımovun nəvəsinin toyu olacaq
Xalq artisti Alim Qasımovun evində toy olacaq. Axşam.az xəbər verir ki, xanəndənin nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanə ailə qurmağa hazırlaşır. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində deyib. "Yanvarın 27-də qız, fevralın 5-də isə oğlan toyudur"
28 noyabrBoşandılar… - Teatrdan da getdi
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb. Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb. "Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi
14 dekabrYaşar Nurinin qızı vəfat etdi
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib. Bu barədə "Qafqazinfo"ya onun bacısının köməkçisi məlumat verib. Bildirib ki, o, gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Xalq artisti Yaşar Nuri 2012-ci il noyabrın 22-də, 61 yaşında vəfat edib
15 noyabrƏməkdar artist Əyyub Quliyevə daha bir vəzifə verildi
Əyyub Quliyev Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dirijor təyin edilib. xəbər verir ki, bu barədə Dövlət Kamera Orkestri məlumat yayıb. Xatırladaq ki, Əyyub Quliyev 1984-cü ildə anadan olub. O, həmçinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasını
30 noyabrFəxriyə Xələfova "Füsünkar İpək" kolleksiyasını təqdim etdi - VİDEO
Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Füsünkar İpək" adlı yeni moda kolleksiyasını təqdim edib. xəbər verir ki, Fəxriyə Xələfovanın kolleksiyası ənənəvi Azərbaycan ipək kəlağayısı ilə müasir axşam paltarlarının harmonik birləşməsindən ibarətdir. Bu ilhamverici sintez keçmiş və bu gün
11 dekabrƏməkdar artistə ağır itki
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyevə ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, bu barədə sənətşünas Turan Etibaroğlu məlumat verib. O bildirib ki, aktyorun anası Rəfiqə xanım vəfat edib. Allah rəhmət eləsin!
27 noyabrSənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
Türk musiqisinin əfsanəvi simalarından olan Barış Mançonun nəhəng portreti Antalyanın Alanya şəhərinin Galip Dere çimərliyində quma çəkildi. türk mediasına istinadən xəbər verir ki, incəsənət əsərinin müəllifi isə Alanyada yaşayan 58 yaşlı iranlı heykəltəraş və rəssam Fərəcullah Bağeridir. İllər əvvə
22 oktyabr