Zəhərlənməmək üçün bu təhlükələrdən uzaq durun!

Zəhərlənməmək üçün bu təhlükələrdən uzaq durun!Qidadan zəhərlənmə ilə bağlı hadisələr yay mövsümü ilə əlaqədar tez-tez baş verir. Hər hansı qida - pomidor, qarpız və digər meyvə-tərəvəzlər, hətta konservləşdirilmiş məhsullardan zəhərlənmə hallarına bu mövsümdə mütəmadi rast gəlinir. Məhsulun saxlanma şəraiti, becərilməsində istifadə olunan kimyəvi məhsulların təsirindən bu hadisələrin baş verməsi mümkündür.

Avqust ayının 1-də Tovuz rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib. Rayonun Azaflı kəndində 12 nəfər təzə kəsilmiş qoyun ətindən zəhərlənib. Musayevlər ailəsi kəsdiyi qurbanın ətindən qonşulara da paylayıb. Ətdən kim yeyibsə, zəhərlənib. Nəticədə Musayevlər ailəsinin 4 üzvü ilə yanaşı, 12 sakin də bu hadisədə zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Analoji hadisə ötən il Bakı şəhərində də qeydə alınıb. Paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən "8-ci kilometr" bazarından alınmış qoyun ətindən yedikdən sonra zəhərlənmə hadisəsi baş vermişdi. Həmin hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edən bir ailənin 5 üzvü ətdən zəhərləndiklərini bildirmişdilər.

Qeyd edək ki, satışa çıxarılan iri və xırdabuynuzlu heyvanlar, ətləri laborator müayinədən keçirilməlidir. Kəsilmək üçün nəzərdə tutulan və satışa çıxarılan heyvanın ərazi baytarlıq xidməti tərəfindən laborator müayinəsi aparılmalıdır. Bu heyvanlar tam müayinə olunduqdan sonra satışına və kəsilməsinə icazə verilməlidir. Baytarlıq xidmətinin laborator müayinəsi və sağlamlıq möhürü olmadan heyvanı satan və kəsən şəxslər məsuliyyət daşıyırlar.

Kəsilmək üçün satışa çıxarılan heyvan baytarlıq nəzarətindən keçsə belə, onun dərhal kəsilməsi qanunsuzdur. Yəni, heyvan baytar müayinəsindən keçəndən sonra onun kəsilməsi üçün uyğun şəraitli yer müəyyən edilməli və həmin yerə də Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları baxış keçirməli və ərazinin temperaturu, təmizlik səviyyəsi yoxlanılmalıdır. Yalnız bu qurumun qaydalarına və müəyyən edilmiş standartlarına cavab verən ərazidə heyvanın kəsilməsinə razılıq verilməlidir. Heyvan həm bu qurumun, həm də baytarlıq xidmətinin əməkdaşlarının iştirakı ilə kəsilməlidir.

Təəssüf ki, bəzi ət kəsimi məntəqələrində bu qaydalara əməl edilmir. Satılan heyvanlar, həmçinin bazarlarda satılan ətlərin əksər hissəsi baytarlıq laboratoriyasından keçirilmədən satılır. Satılan ətin sağlam heyvana məxsus olduğu, hansı şəraitdə kəsilib təmizlənərək satışa çıxarıldığı məlum deyil.

Tovuz rayonunun Azaflı kənd sakini qurbanlıq heyvanı bazardan alıb. Bazarda satılan ət məhsullarının keyfiyyətinə Tovuz rayon Baytarlıq Xidmətinin nümayəndəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən nəzarət edilir. Bazarda satılmış qoyun sanitar müayinədən keçirilibmi? Heyvanın laborator müayinəsi aparılıbmı və satışına hansı qaydada icazə verilib?(trend.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1078   Tarix: 18 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021