Koronaviruslu xəstələrin qida rasionu belə olmalıdır - Həkim rəyi

Koronaviruslu xəstələrin qida rasionu belə olmalıdır - Həkim rəyi"Hazırda bütün dünya əhalisi yüzlərlə qıcıqlandırıcı amil – ekologiya, stresslər, infeksiyalar əhatəsində yaşayır. Ona görə də balanslaşdırılmış qida rasionu insan orqanizmi üçün müdafiə rolunu oynayaraq müxtəlif xəstəliklərdən onu qoruyur".

Sonxeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım həkimi Racu Nəbiyev deyib.

O bildirib ki, COVID-19 xəstələrinin infeksiyaya yoluxmamışdan əvvəl müxtəlif yanaşı xəstəlikləri olduğunu nəzərə almaq lazımdır: "Adətən COVİD xəstələri gündə 4-5 dəfə qidalanır. Onların qida rasionu bitki lifləri ilə (tərəvəz, göyərti, meyvə, giləmeyvə) zəngin olmalıdır. Koronavirus xəstələrinə efir yağları ilə zəngin olan meyvələr, həmçinin, kəskin ədviyyatlar, hisə verilmiş qidalar və duzlu qidaların verilməsi məhdudlaşdırılır. Bütün yeməklər bişirilmiş və ya buxara verilmiş halda olmalıdır. Xəstəyə yemək verilərkən nə qaynar, nə də çox soyuq olmamalıdır. COVID-19 xəstələrinə verilən mayelərin həcmi gün ərzində 1,5-2 litr artırılmalıdır. Həkim nəzarəti altında müxtəlif meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi, qurudulmuş giləmeyvə kompotu verilə bilər".

Həkim qeyd edib ki, COVID-19 xəstələrinin müalicəsi dövründə yanaşı xəstəlikləri nəzərə alınmalıdır. Həkim onların qida rasionuna bu və ya digər qidanı əlavə edə, hər hansı qidanı isə rasiondan çıxara bilər. Məsələn, şəkərli diabet xəstələrinin qida rasionundan rafinə edilmiş karbohidratlar (şəkər) çıxarılır, yüksək təzyiqdən əziyyət çəkən xəstələrin qidasından isə təzyiqin qalxmasına təsir edən məhsullar çıxarılır. COVID-19 xəstələrinin qida rasionuna kalsium, fosfor, maqnezium və vitamin D ilə zəngin olan məhsullar daxil edilir. Bunlar süd məhsulları (pendir, kəsmik, qatıq və s.), balıq və tərəvəzlərdir. Düzgün və sağlam qidalanma koronavirus xəstələrinin sağalmasında dərman vasitələri qədər rol oynayır. Ona görə də yalnız düzgün qidalar qəbul etməklə bu xəstəliklə mübarizədə müsbət nəticə əldə etmək mümkündür"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1442   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021