Naxçıvanın infrastruktur layihələri şaxələnir

Naxçıvanın infrastruktur layihələri şaxələnirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət və qayğı ilə yanaşma siyasətini dönmədən davam etdirir. Bunu ölkə başçısının on yeddi illik siyasi rəhbərliyi dövründə on beş dəfə – demək olar ki, hər il müxtəlif vaxtlarda muxtar respublikaya səfər etməsi də aydın təsdiq edir. Prezident İlham Əliyevin mayın 10-da Naxçıvana səfəri isə bir sıra mühüm hadisələrlə rəmzi xarakter daşıyır.
Ölkə başçısının növbəti Naxçıvan səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etməsi blokada dövründə Naxçıvanın yeganə nəqliyyat əlaqəsinin hava yolları olduğunu, insanların gediş-gəliş üçün necə deyərlər, "havadan asılı qaldığı" illəri xatırlatdı. Ölkə başçısı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Culfa-Ordubad magistral avtomobil yolunun, ikinci Süni Mayalanma Mərkəzinin, "Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin açılışlarında iştirak etdi. Eyni zamanda Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri, "ASAN xidmət" Mərkəzinin tikintisi ilə tanışlıq oldu, milli brendimiz sayılan DOST Mərkəzinin Naxçıvanda da yaradılması ilə bağlı qərar qəbul edildi.
Prezident İlham Əliyevin növbəti səfərinin digər bir rəmzi mənası İkinci Vətən müharibəsi sonrası ordusu, saxta hərbi imici tamamilə darmadağın edilən Ermənistandan fərqli olaraq Azərbaycanın hərbi qüdrətini daha da gücləndirmək müstəvisində ordu quruculuğunu uğurla, düşünülmüş şəkildə davam etdirməsi ilə əlaqədardır. Dövlətimizin başçısının iştirakı ilə Naxçıvan Muxtar Respublikası kimi strateji bölgədə Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı dediklərimizin sübutudur.
Bu gün Ümummilli Lider siyasətinin uğurlu davamının bəhrəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Araz çayı üzərində tikilən Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlığı muxtar respublikanın enerji təchizatının çox yaxında tamamilə alternativ enerji mənbələri hesabına ödəniləcəyinə zəmanət verir.
Yeni istifadəyə verilən obyektlər ölkəmizdə, eləcə də muxtar respublikamızda inkişaf strategiyasının uğurla və davamlı həyata keçirildiyini, Naxçıvanın özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olduğunu, burada ordu quruculuğuna xüsusi diqqət yetirildiyini təsdiqlədi. Hər yeni obyektin, eyni zamanda yeni iş yerləri demək olduğunu nəzərə alsaq, bu həm də insan amilinə verilən yüksək dəyərin ifadəsidir.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində ümummilli lider, dünyaşöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini müasir dövrün məşhur siyasətçisi kimi yeni müstəvidə təhlil etdi. Ölkə başçımızın Naxçıvanın blokadada olmasına baxmayaraq, sürətlə inkişaf etməsi, yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlərdən, Naxçıvanda çox böyük enerji potensialı, müasir yol infrastrukturu yaradılmasından ürəkdolusu razılıq və məmnunluq hissi ilə bəhs etməsi Naxçıvanın, elə, bütövlükdə, Azərbaycanın bədxahlarına ən tutarlı cavabdır.
Məlum olduğu kimi, 10 noyabr tarixli Bəyanata əsasən həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına başlanılıb. Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsi daha da genişlənəcək, Naxçıvanı Azərbaycana, Azərbaycanı isə Türk dünyasına birləşdirəcək Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Həyata keçirilməkdə olan Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Naxçıvanın da inkişafına mühüm təkan vermiş olacaq. Hazırda muxtar respublikada dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən tədbirlər də buna xidmət edir.
Ölkə başçısının son səfəri bütünlüklə onu sübut etdi ki, Naxçıvan Muxtar Respublikasında daha sürətli inkişaf istiqamətində görülən işlər muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "...muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır".

Ilqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 330   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel