Alman mütəxəssis paytaxtda yeni liftlərin quraşdırılması ilə tanış olub
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı Sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb. Müqavilə şərtlərinə uyğun olaraq əvvəlcə 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. Həmçinin liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub və bura lazımı texniki avadanlıqlarla təchiz edilib.
Müqavilənin davamı olaraq şirkətdən daha 625 ədəd lift alınaraq Bakı şəhərinə gətirilib. Hazırda bu liftlərin paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılması işləri sürətlə həyata keçirilir.
Bağlanan müqavilə şərtlərinə uyğun olaraq alınan liftlərin quraşdırılma prosesinin icrası və işlərin gedişatı ilə yerində tanış olmaq üçün Wittur Holding GMBH şirkətinin nümayəndəsi Ralf Günter Bakıya gəlmişdir.
Qonaq əvvəlcə "Lifttəmir" İstehsalat Birliyinin istehsalat bazasında quraşdırılmış Mərkəzi Dispetçer Xidməti Sisteminin işi ilə, daha sonra paytaxtın bir neçə rayonunda quraşdırılması aparılan və quraşdırılmış liftlər, burada gedən proseslərlə tanış olub və öz məsləhətlərini verib.
Almaniyalı qonaq görülən işlərin keyfiyyətindən razı qaldığını, gələcəkdə də əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti












Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 373 Tarix: 26 may 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu
15 dekabrƏmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl
16 dekabrXətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...
Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy
16 dekabrDTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye
15 dekabrMasazırın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi
16 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrGizir Xanıya şəhidlik statusu verildi
Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib
15 dekabrNazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama
Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs
15 dekabrİcra başçısı baş mütəxəssisi işdən çıxardı
Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) sürücülərindən işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynəli Süleymanov baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat olmayıb
15 dekabr