Qəzada ölən Ada Süleyman tanınmış aparıcı olub
Bakının Lökbatan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub.
Qaynarinfo xəbər verir ki, Ada Süleyman doğum gününü yaxınları ilə qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb və hadisə nəticəsində dünyasını dəyişib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və avtomobildə insanların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Araşdırma zamanı "VOYAH" markalı minik avtomobili ilə yük maşınının toqquşduğu müəyyənləşib.
Qəza nəticəsində minik avtomobilində olan sürücü Anar Kərimov və sərnişin Ada Süleymanova həyatlarını itiriblər. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə onların meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 415 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəs
21 noyabrBu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
22 noyabrDövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT
4 dekabr 2026-cı il tarixində keçiriləcək BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak edəcək şəxslə
23 noyabrAda Süleymanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı
ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanovanın (Ada Süleyman) həyatını itirdiyi yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Qaynarinfo xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb. Həmin maddə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını
23 noyabrMəktəblərdə payız tətili başa çatdı
Bu gündən - noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərən ümum
23 noyabr