Azərbaycanda saxta əlilliyi ifşa olunan "müharibə əlili" həkimi döydü - ANBAAN VİDEO
Saxta əlilliyi ifşa olunan "müharibə əlili" həkim-ekspert qadını döyüb.
Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumat yayıb.
Bildirilib ki, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.
Əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta "müharibə əlili" statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.
Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.
Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz ("kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya" və s.) təsdiqini tapmayıb.
Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.
Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib.
Ötən dövrdə saxta, "müharibə əlili" statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5337 Tarix: 07 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uzunmüddətli burun tutulması nəyə işarədir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında LOR (qulaq-burun-boğaz) xəstəlikləri müzakirə edilib. LOR xəstəlikləri nədir?. LOR xəstəliklərində artım müşahidə olunurmu?. Uzunmüddətli burun tutulması nədən xəbər verir?. Boğaz ağrısının virus olduğu necə müəyyənləşir?. Qulaqda küy və uğultunun səbəb
27 iyunPensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkü
28 iyunABŞ İranı yeni zərbələrlə təhdid etdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 26-da İranı yeni zərbələrlə hədələyib. xəbər verir ki, bu barədə vitse-prezident özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. ABŞ rəsmisi vurğulayıb ki, Tehran rəsmiləri istənilən vaxt Vaşinqtonla təmasa keçərək imzalanmış sazişdəki mübahisəl
27 iyunABŞ olmadan NATO dağılır və məsələ təkcə silahda deyil - "Reuters"
NATO-nun Avropa üzvləri ABŞ-ın təhlükəsizlik sahəsində rolunun əhəmiyyətli dərəcədə azalacağı ssenariyə getdikcə daha ciddi hazırlaşırlar. Bununla yanaşı, Alyans hələ də ABŞ-ın komandanlıq, koordinasiya və dəstək sistemlərindən kritik dərəcədə asılı olaraq qalır ki, bu da Avropanın təhlükəsizliyi üçü
27 iyunBakı-Naxçıvan aviareysləri ləğv edilib
Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar şta
27 iyunAzərbaycanın bəzi yerlərində leysan yağır
Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanı
27 iyunBakıda BMW işıq dirəyinə ÇIRPILDI: XƏSARƏT ALAN VAR
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 07:50-də qeydə alınıb. İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirində
27 iyunAzərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 3.01 ABŞ dolları və ya 3.89% azalaraq 74.36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 77.37 ABŞ dolları təşkil edib
27 iyun