Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?

Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?1992-ci il iyunun 6-sı Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Məhz həmin gün imzalanan 831 nömrəli fərmanla ölkənin ilk Milli Qəhrəmanları elan olunub.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi zamanı göstərdikləri igidlik və şücaətə görə daxili işlər orqanlarının 11 əməkdaşına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Məhərrəm Seyidov Naxçıvanın Şərur Rayon Polis Şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Sədərək istiqamətində gedən ağır döyüşlər zamanı rəhbərlik etdiyi dəstə ilə düşmənin hücumlarının qarşısını alıb. Son anda döyüş yoldaşlarının mühasirədən çıxmasına şərait yaradaraq özü qəhrəmancasına həlak olub.

İlham Əliyev daxili işlər orqanlarında nümunəvi xidməti ilə seçilən polis zabiti idi. "Mükəmməl polis" döş nişanına layiq görülən İlham Əliyev 1990-cı ilin avqustunda Qazax rayonunun Aşağı Əskipara kəndinin müdafiəsində iştirak edib. Qarın nahiyəsindən ağır yaralansa da, döyüş mövqeyini tərk etməyib və aldığı yaralardan şəhid olub.

Yuri Kovalyov ilk Milli Qəhrəmanlar arasında xüsusi yeri olan şəxsiyyətlərdəndir. Rus əsilli olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda XTMD sıralarında döyüşüb. Ermənilər onun başına böyük məbləğdə pul mükafatı qoymuşdular. Xarici jurnalistlərin "Siz russunuz?" sualına isə "Bəli, mən rusam, Azərbaycan isə vətənimdir" cavabı ilə yadda qalıb. O, 1991-ci ilin oktyabrında Ağdam istiqamətində döyüş tapşırığından qayıdarkən şəhid olub.

Mikayıl Cəbrayılov İkinci Dünya müharibəsində Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun oğlu idi. Şəki Şəhər Polis İdarəsində xidmət edən Mikayıl Qarabağa ezam olunaraq Cəmilli kəndinin müdafiəsində iştirak edib. Pusquya düşən döyüş yoldaşlarını və kənd sakinlərini xilas edərkən son gülləsinə qədər vuruşaraq şəhid olub.

Əlif Hacıyev Xocalı hava limanının rəisi və komendantı kimi şəhərin müdafiəsinin əsas təşkilatçılarından biri idi. O, hava limanını ələ keçirmək istəyən erməni silahlılarını hiyləgər planla geri çəkilməyə məcbur etmişdi. Xocalı soyqırımı gecəsində yüzlərlə sakinin təhlükəsiz əraziyə çıxmasına kömək edib, sonuncu dəfə mühasirədə qalan insanları xilas etmək üçün geri qayıdarkən qəhrəmancasına həlak olub.

Səfərəli Məmmədov Bakıda xidmət etmək imkanı olsa da, öz istəyi ilə Qarabağ cəbhəsinə yollanıb. Ağdam və Xocavənd istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərib. 1992-ci ilin fevralında Qaradağlı faciəsi zamanı rəhbərlik etdiyi dəstə ilə döyüşərkən avtomobilinə qumbaraatan mərmisi dəyməsi nəticəsində şəhid olub.

Yusif Əliyev Bakı şəhər Post-Patrul Xidməti Alayının əməkdaşı idi. Goranboy istiqamətində gedən döyüşlərdə xüsusi fəallıq göstərib. 1991-ci ilin sentyabrında Buzluq kəndində döyüşən hərbçilərə sursat çatdırarkən qəhrəmancasına həlak olub.

Vüqar Hüseynov XTMD sıralarında Xocalı və Goranboy istiqamətlərində döyüşüb. Şəhid jurnalist Salatın Əsgərovanın qətlində iştirak edənlərin müəyyənləşdirilməsi əməliyyatında da mühüm rol oynayıb. 1991-ci ilin iyulunda Goranboyun müdafiəsi zamanı şəhid olub.

Nofəl Quliyev 1990-cı ilin sonunda XTMD sıralarına qoşularaq Füzuli, Goranboy və Qarabağın digər bölgələrində gedən döyüşlərdə iştirak edib. Todan kəndinə hücum zamanı mülki əhalinin təhlükəsiz şəkildə çıxarılmasını təmin edərkən qəhrəmancasına həlak olub.

Mehdi Abbasov Qazaxıstandakı rahat həyatını geridə qoyaraq Vətənə qayıdıb və XTMD-də rota komandiri kimi xidmət edib. Döyüş yoldaşları onu "Mixaylo" ləqəbi ilə tanıyırdı. Məlikcan istiqamətində gedən döyüşdə ön xətdə vuruşarkən snayper gülləsi ilə ağır yaralanıb və şəhid olub.

Valeh Müslümov 1991-ci ildə XTMD-yə qoşularaq Şuşa, Tovuz, Qubadlı və Ağdərə istiqamətlərində keçirilən əməliyyatlarda iştirak edib. 1992-ci ilin aprelində Marquşevan kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə ağır yaralanıb və aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, indiyədək 226 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Onların böyük əksəriyyətinə bu ad ölümündən sonra verilib. Milli Qəhrəman adına sonuncu dəfə 2025-ci il noyabrın 7-də Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin baş leytenantı Vaqif Qurbanov və Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurov (hər ikisi ölümündən sonra) layiq görülüblər.

Hazırda "Azərbaycanın Milli Qəhrəmanı" adını daşıyan 14 nəfər sağdır. Onlar Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Rövşən Əkbərov, Vahid Quliyev, Mirzə Quliyev, Fəxrəddin Cəbrayılov, Ehtiram Əliyev, Fariz Qəhrəmanov, Mədət Quliyev, Zabit Quliyev, Fariz Mədətov, Mövsüm Məmmədov, Sahil Məmmədov və İbad Hüseynovdur.//Modern.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 18329   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr