DTX və Baş Prokurorluqdan erməni terrorçuları barədə YENİ MƏLUMAT: Adlar açıqlandı - RƏSMİ

DTX və Baş Prokurorluqdan erməni terrorçuları barədə YENİ MƏLUMAT: Adlar açıqlandı - RƏSMİXəbər verildiyi kimi, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, aparılmış istintaq nəticəsində məlum olmuşdur ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar.

Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmişlər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdir.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3297   Tarix: 07 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uzunmüddətli burun tutulması nəyə işarədir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında LOR (qulaq-burun-boğaz) xəstəlikləri müzakirə edilib. LOR xəstəlikləri nədir?. LOR xəstəliklərində artım müşahidə olunurmu?. Uzunmüddətli burun tutulması nədən xəbər verir?. Boğaz ağrısının virus olduğu necə müəyyənləşir?. Qulaqda küy və uğultunun səbəb

27 iyun
.

Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA

Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkü

28 iyun
.

ABŞ İranı yeni zərbələrlə təhdid etdi

ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 26-da İranı yeni zərbələrlə hədələyib. xəbər verir ki, bu barədə vitse-prezident özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. ABŞ rəsmisi vurğulayıb ki, Tehran rəsmiləri istənilən vaxt Vaşinqtonla təmasa keçərək imzalanmış sazişdəki mübahisəl

27 iyun
.

ABŞ olmadan NATO dağılır və məsələ təkcə silahda deyil - "Reuters"

NATO-nun Avropa üzvləri ABŞ-ın təhlükəsizlik sahəsində rolunun əhəmiyyətli dərəcədə azalacağı ssenariyə getdikcə daha ciddi hazırlaşırlar. Bununla yanaşı, Alyans hələ də ABŞ-ın komandanlıq, koordinasiya və dəstək sistemlərindən kritik dərəcədə asılı olaraq qalır ki, bu da Avropanın təhlükəsizliyi üçü

27 iyun
.

Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihələrin təqdimat mərasimləri keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. "Boulevard Sports Club" idma

27 iyun
.

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar şta

27 iyun
.

Azərbaycanın bəzi yerlərində leysan yağır

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanı

27 iyun
.

Bakıda BMW işıq dirəyinə ÇIRPILDI: XƏSARƏT ALAN VAR

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 07:50-də qeydə alınıb. İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirində

27 iyun
.

Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 3.01 ABŞ dolları və ya 3.89% azalaraq 74.36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 77.37 ABŞ dolları təşkil edib

27 iyun