Deputatdan toylarla bağlı ümidverən AÇIQLAMA : Avqustun 1-dən...
Məlum olduğu kimi, mayın 25-də keçirilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirus pamdeniyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydaları yumşaldılıb.
Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunub. Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib. Həmin tarixdən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan başlayaraq isə çimərliklərin fəaliyyətinə icazə veriləcək. Eyni zamanda, iyunun 10-dan idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək.
Lakin 2020-ci ilin 15 martından etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlərin keçirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı müzakirələr aparılsa da, nəticə yoxdur.
Bu kateqoriyadan olan kütləvi tədbirlərə icazə nə zaman verilə bilər?Metbuat.az xəbər verir ki, Trend-ə açıqlamasında deputat Naqif Həmzəyev bildirib ki, avqustun 1-dən ölkəmizdə toy məclislərinin təşkilinə icazə verilə bilər:
"İstənilən halda, restoranda insanların toplaşmağı mümkündürsə, orada sosial məsafə qorunursa, müəyyən qaydalar tətbiq edilirsə, say məhdudiyyəti ilə toy məclisləri də təşkil edilə bilər. Mən düşünürəm ki, yoluxma artmayacağı təqdirdə avqust ayının 1-dən sonra toyların keçirilməsi ilə bağlı bir qaydanın verilməsinin şahidi olacağıq. Çünki artıq yoluxma sayı azdır, vaksinasiya tədbirləri həyata keçirilir, vaksinasiyada kütləvilik müşahidə olunur. İnsanlar COVID-19 pasportu əldə etmək istəyirlər. Düşünürəm ki, ən qısa vaxtda xoş xəbər eşidəcəyik. Bizim vətəndaşlarımız öz xeyir işlərini edə biləcəklər".Deputat əlavə edib ki, toy təşkilatçıları və qonaqlardan COVID-19 pasportu tələb oluna bilər: "COVID-19 pasportu hər yerdə, o cümlədən toylarda da tətbiq edilə bilər. Ancaq burada məsuliyyət həmin toyda iştirak edən vətəndaşların üzərində qalır. Çünki toy sahibi müraciət edəcək ki, gələn şəxsdə COVID-19 pasportu olsun. Orada aidiyyəti qurumlar tərəfindən istənilən şəxs yoxlanıla bilər. Əgər koronavirus pasport olmazsa, həmin şəxs cəzalandırıla bilər. Ancaq məsuliyyət həmin şəxsin üzərinə yox, toy iştirakçılarının üzərinə düşəcək. Hesab edirəm ki, artıq insanlarda da məsuliyyət var. Məncə, bununla bağlı heç bir problem olmayacaq. Çalışaq ki, daha az, 50-100 nəfər çərçivəsində bu tədbirlərin keçirilməsinə icazə verilsin. İnsanlarımız da ailə qurub xoşbəxt olsunlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6843 Tarix: 07 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda BMW işıq dirəyinə ÇIRPILDI: XƏSARƏT ALAN VAR
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 07:50-də qeydə alınıb. İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirində
27 iyunFHN-dən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi
27 iyunÖtən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 26-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub
27 iyunPensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkü
28 iyunABŞ olmadan NATO dağılır və məsələ təkcə silahda deyil - "Reuters"
NATO-nun Avropa üzvləri ABŞ-ın təhlükəsizlik sahəsində rolunun əhəmiyyətli dərəcədə azalacağı ssenariyə getdikcə daha ciddi hazırlaşırlar. Bununla yanaşı, Alyans hələ də ABŞ-ın komandanlıq, koordinasiya və dəstək sistemlərindən kritik dərəcədə asılı olaraq qalır ki, bu da Avropanın təhlükəsizliyi üçü
27 iyunCəzaçəkmə müəssisələrində qeydə alınan nikah və doğumların SAYI AÇIQLANDI
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin beş ayı (yanvar-may) ərzində 31 nikah qeydə alınıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib. Bununla yanaşı, 1 yanvar 2025-ci il tarixindən 1 iyun 2026-cı il tarixinədək Ədliyyə Nazirliyini
28 iyunHava dəyişir: Bu tarixədək YAĞIŞ YAĞACAQ - XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağı
28 iyunUzunmüddətli burun tutulması nəyə işarədir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında LOR (qulaq-burun-boğaz) xəstəlikləri müzakirə edilib. LOR xəstəlikləri nədir?. LOR xəstəliklərində artım müşahidə olunurmu?. Uzunmüddətli burun tutulması nədən xəbər verir?. Boğaz ağrısının virus olduğu necə müəyyənləşir?. Qulaqda küy və uğultunun səbəb
27 iyunTramp yeni ABŞ pasportunun dizaynını təqdim etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp səhifəsində özünün şəkli yer alan yeni pasport dizaynını ictimaiyyətə təqdim edib. xəbər verir ki, ABŞ rəhbəri müvafiq postu "Truth Social" sosial platformasındakı hesabında paylaşıb. Dövlət rəhbəri etdiyi paylaşımda belə bir qeyd yazıb:
27 iyun