İlham Əliyev və Mehriban Əliyeva "Füzuli" yarımstansiyasının açılışında - YENİLƏNİB + FOTO

İlham Əliyev və Mehriban Əliyeva "Füzuli" yarımstansiyasının açılışında - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 14-də yeni tikilən "Füzuli" yarımstansiyasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Dövlətimizin başçısı "Füzuli" yarımstansiyasını işə saldı.

Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji" ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.

Sonra Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq "Şükürbəyli" yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını etdi.

Bildirildi ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən "Şükürbəyli" yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. Eyni zamanda, "Şükürbəyli" yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda "Şükürbəyli" yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.

15:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 14-də yeni tikilən "Füzuli" yarımstansiyasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.
İlham Əliyev və Mehriban Əliyeva "Füzuli" yarımstansiyasının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva "Füzuli" yarımstansiyasının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva "Füzuli" yarımstansiyasının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva "Füzuli" yarımstansiyasının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva "Füzuli" yarımstansiyasının açılışında - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva "Füzuli" yarımstansiyasının açılışında - YENİLƏNİB + FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1368   Tarix: 14 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saat 18:00-21:0

1 may
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər a

1 may
.

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

2024-cü ilin may ayında bir sıra maqnit qasırğaları gözlənilir. -a istinadən xəbər verir ki, ayın əvvəlində orta, sonunda isə daha güclü tufanlar gözlənilir. Geomaqnit qasırğaları rifahınıza, əhvalınıza və ümumi sağlamlığınıza təsir edə bilər. Buna görə də, hava şəraitindən asılı insanlar üçün hans

1 may
.

"WhatsApp"dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…

"WhatsApp"ın son versiyasında yaranan səhv istifadəçilərin video göndərməsinə mane olur. Naməlum xəta səbəbindən "Android cihazlarda "WhatsApp" messencerinin istifadəçiləri söhbətlərdə çəkdikləri videoları göndərə bilmirlər. xəbər verir ki, bu barədə "9to5Google" portal

30 aprel
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

30 aprel
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

1 may
.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

30 aprel
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30 aprel
.

Yeyib-doyduq indi isə hesabı ödəmək lazımdır: Kafe və restoranlarda qiymətlər niyə bahadır? - Açıqlama

Hazırda Azərbaycanda həm vətəndaş həm də tursitləri maraqlandıran əsas obyektlərdən biri də restoran və kafelərdir. Son zamanlar kafe və restoranlarda müəyyən qiymət artımı müşahidə edilir. Bu sektorda yüksək xidmət, normal qiymət, məhsulların keyfiyyəti və müştərinin hüquqları var. Bəs görəsən son zamanla

1 may